logo

Fərdi üslub nədir və o, necə yaranır.


Rizvan Yardımlı
rizvanyardimli@gmail.com

Fərdi üslub və onun yaranması, formalaşması, xüsusi imkanları… barədə yazmaqdan öncə geniş mənada götürülən üslub və həmçinin dar mənada izah edilən üslubiyyat barəsində məlumat verməyi gərəkli hesab edirik.

Hazırda dünyada 3500-dən çox dil var. Dil ictimai hadisədir və bilvasitə ictimai hadisələr zəmnində inkişaf edir. Dil vahidləri müxtəlif  sahələrdə istifadə olunur. Məhz bu səbəbdən də cəmiyyət fərqli sahələrdə işlədilməsindən dolayı dil vahidlərindən eyni səviyyədə istifadə edə bilmir. Çünki müxtəlif sahələrin profili də müxtəlifdir. Sahələrin müxtəlifliyinə görə də dil vahidləri ayrılır. Belə halda fərqli üslubların ortaya çıxması halı baş vermiş olur (elmi, bədii, publisistik, rəsmi-işğüzar, fərdi…). Bu mənada hansısa dilin üslublarını – başqa sözlə, üslub imkanlarını öyrənən dilçilik bölməsi üslubiyyat adlanır. Tərifdən də göründüyü kimi üslubiyyat dilçilik terminidir və həmçinin üslubla müqayisədə geniş deyil.

Üslubiyyatla müqayisədə geniş anlayışı ifadə edən üslub ədəbiyyatda, jurnalistikada, incəsənətdə və bu kimi sahələrdə işlənilir. Yəni, hansısa əsərə, janra, yazıçıya, şairə məxsus olan üsullarının cəmi üslub sayılır.

Yuxarıdakı fikirlərdən belə nəticəyə gəlirik ki, dil vasitələrinin məqsədyönlü şəkildə istifadə üsuluna üslub deyilir. Dil vasitəlrindən istifadə də özünü iki baxımdan göstərir: birincisi ümumi (ictimai), ikincisi isə xüsusi (və ya şəxsi) nöqteyi-nəzərdən. İkinci qrupa fərdi üslublar daxildir.

Fərdi üslub – adından görüldüyü kimi fərdi şəkildə ortaya çıxır. O, şəxslərə məxsus olur, şəxsin

hesabına formalaşır. Bir şəxs digərlərinə nisbətən müəyyən əlamət, keyfiyyət və bu kimi cəhətlərə görə fərqlənir. Belə fərqlənmələr fərdin nitqində , yazısında, dünyagörüşündə düşüncə və təfəkküründə … özünü göstərir. Şairin, yazıçının, heykəltaraşın, rəssamın… yaratdığı əsərlərdə bədii xüsusiyyətlərin özünəməxsus tərəfləri, fərqlənməsi, digərlərindən seçilməsi fərdi üslubun göstəricisidir. Belə nəticəyə gəlirik ki, fərdi üslub hər bir fərdin özünəməxsus xarakterik üslubu olaraq meydana çıxır.

Söz sahibləri çıxışlarında, əsərlərində… özlərinəməxsus tərzdə fikirlər səsləndirərək yeniliklər gətirir. Bununla da fərdin üslubu, dəst-xətti yaranır. Yeniliklər həmişə maraqla qarşılanır. O yenilik, o fərdilik, o üslub… yadda qalır ki, gerçəkliyi ifadə etsin, bütün tələbləri, istəkləri özündə əks etdirə bilsin

Bəzən belə fikirlər eşidirik: “Filankəsin gözəl nitqi var”, Filan adamın söhbətindən doymaq olmur, sanki ağzından dürr tökülür”, “Filankəsin gözəl nitqi var, danışığından doymaq olmur” və sairə. Bu natiqlik qabiliyyəti ilə yanaşı, uğurla formalaşmış fərdi üslubun göstəricisidir.

Nəzərə almaq lazımdır ki, fərdi üslub həm də dövür və hadisələrlə əlaqədardır. Məsələn, XXI əsr ilə ötən əsrin, müasir dövrlə yaxın-uzaq keçmişin hadisələri müəyyən əlamət… və xüsusiyyətlərinə görə fərqlənir. Bu fərqlər fərdin üslubuna birbaşa təsir edir. Hətta şəxsin yaşadığı illərdə də fərqlilik özünü aydın şəkildə göstərə bilir. Məsələn, Səməd Vurğunun əsrin 30-cu illərində müəllifi olduğu əsərlərlə 50-ci illərdəki əsərlərin dili, əlaməti, ifadə tərzi… fərqlənir. Belə fərqlilik bir çox yazıçı və şairlərdə aydın hiss olunur. Molla Pənah Vaqifin yaradıcılıöında da bunu görə bilərik. Şairin yaradıcılığının çox hissəsi nikbin ruhdadır. Lakin ömrünün sonlarına yaxın bədbinlik və fərqli baxış əsərlərində fərqli ovqat yaradır. Bu isə M.P.Vaqifin ömrünü çox hissəsini sarayda firəvan həyat tərzi ilə çox bağlıdır. Ömrünün sonlarına yaxın şair sarayın iç üzünü görür, münafiq insanlarla qarşılaşır, satqınlıqlarla rastlaşır… – belə hallar şairin yaradıcılığına istisnasız təsir edir.

Dövr və hadisələr nəticədə üslubu da dəyişikliyə məruz qoyur. Bu mənada şəxsin dünyagörüşü, qəbul etdiyi gerçəklik, reallığın müxtəlif səpkidə qəbulu (inkar və ya təsdiq etməsi), daxil olduğu qrupdan digərinə keçid və bu kimi əlamətlər bilvasitə üsluba da təsir edir. Artıq yeni dalğalar üslubda əsməyə başlayır. Çünki fərdi üslub birbaşa sənətkarın özü ilə – onun düşüncə tərzi ilə bağlıdır, qaydanı fərd özü yaradır.

Fərdi üslub fərdlərə məxsus olduğu kimi, (Füzuli üslubu, Sabir üslubu və s.) bir qrup şairə, yazıçıya , ədəbi məktəbə, cərəyana… da məxsus olur. Buna misal olaraq, “Füyuzat”, “Molla Nəsrəddin” ədəbi məktəblərinin adını çəkə bilərik.

Yuxarıda qeyd etdiyimiz kimi fərdin üslubunun yaranmasında, yenilənməsində… ictimai-tarixi proseslərin əhəmiyyəti böyükdür.

Fərdi üslub bir növ şəxsi ifadə edir, mətnin (məqalənin) ona məxsus olmasını bir neçə cümlə, abzastla… bildirir. Dövrü mətbuatda hansısa yazını oxuyanda imzaya baxmadan ifadələrin kimə aid olmasını bilirsən. Bu mənada mövzu ilə birbaşa əlaqəsi olan bir faktı yazmağı düzgün hesab edirik.

Əski Sovet dönəmində nəşriyyatlarda “daxili və xarici rəy” deyilən anlayış mövcud idi. Deməli, kimsə kitab çap edərkən əlyazmanı nəşriyyatda çalışan tənqidçi yoxlayıb rəy yazırdı. Müəllif yazılan rəylə razılaşmayanda xarici rəyə (bu şəxs həmin nəşriyyatda işləmirdi) ehtiyac duyulurdu. Əlyazmanı yoxlayan xarici rəyçiyə obyektivlik qorunsun deyə, kitabı çap olunacaq şəxsin adını demirdilər. Bəzi hallarda isə, xarici rəyçi əlyazmanın kimə məxsus olduğunu düzgün təyin edə bilirdi. Bu ondan irəli gəlirdi ki, rəyçi həmin müəllifin üslubuna bələd idi. Bu bələdçilik sayəsində bir neçə səhifədən sonra aydınlaşa bilirdi ki, əlyazma kimə məxsusdur.

Qeyd etmək yerinə düşərdi ki, söz adamları çox vaxt özlərinəməxsus ifadələr işlətməklə oxucusuna özünü tanıtdırır. Bu mənada müasir dövrün şairlərindən Əbülfəz Ülvinin “işə bax…”, Ramiz Rövşənin “atam balası” ifadələrini qeyd edə bilərik.

Fərdi üslub ən qabarıq formasını bədii üslubda göstərir. Məlumdur ki, söz adamları əsərlərində müəyyən hisslərə qapanır, emosiyalar əks etdirirlər. Bu hal birbaşa bədii üslubla səsləşir. Buradan belə fikir irəli sürmək olar ki, əsərlərdə – xüsusən də bədii əsərlərdə fərdilik daha qabarıq və güclüdür.

Həmçinin fərdi üslub təkcə bədii üslubda deyil, digər funksional üslublarda da özünü göstərir. Bu elmi (məsələn, elmi əsər, kitabların… dilində olan fərdilik), publisistik (məsələn, materialların müəllifin dilinə uyğun səciyyələndirilməsi…), məişət (məsələn, danışıq dilində fərdin özünəməxsus danışıq forması…) üslubu da ola bilər. Rəsmi-işgüzar üslublarda fərdilik, demək olar ki, yoxdur.

Bəzən yenilik və fərqlilik olsun deyə və ya əsərdə işlənilən obrazın harada yaşamasını göstərmək üçün dialektlərdən, hansı peşəyə xidmət etməsini bəlli etmək üçün terminlərdən, tarixi şəraiti bildirmək üçün isə köhnəlmiş sözlərdən istifadə olunur. Ümumişlək olmayan sözlərdən bu və ya başqa şəkildə uğurla istifadə etmək fərdi üsluba zidd deyil. Fərdi üslub hansısa dövrü, xüsusiyyətləri… yaxınlaşdırdığı kimi uzaqlaşdıra bilir, birləşdirdiyi kimi də fərqləndirə bilir.

Can Yücelin “üslub nədir?” Sualına olduqca maraqlı cavab verib: ” Pikasso Parisdə Monmartrda yaşayırmış. Uşaqları daha çox sevirmiş. Qonşuluqdakı səkkiz yaşında bir qız Pikassoya aşiq olur. Amma hələ tam danışa bilmirmiş deyə, heç Pablo Pikasso da deyə bilmirmiş, pəltək-pəltək Tablo Pikasso deyirmiş. Mənim üçün ən gözəl şeir də, ən kamil üslub da budur”.

Sonda qeyd etmək istərdik ki, ən uğurlu fərdi üslub xalq dilinə yaxın olanı, özünəməxsus düzgün ifadə zənginliyi ilə seçilənidir. Yaxşı mənada fərqlilik əbədi qalır, unudulmur, təkrarlanır, yaşayır.

 

Rizvan Yardımlı

Share
228 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

1+3 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

İLGİNİZİ ÇEKEBİLECEK DİĞER KÖŞE YAZILARI

  • 24 Temmuz Gazeteciler ve Basın Bayramı

    24 Temmuz 2017 KÖŞE YAZARLARI

      Ülkemizdeki basın mensuplarının günü olan 24 Temmuz Gazeteciler ve Basın Bayramı kutlu olsun. Basın mensuplarımız yeri geliyor bir savaşın ortasına giriyor, yeri geliyor soğuk bir kış gününde saatlerce çekim yapmak zorunda kalıyor; bu gün zor şartlar altında çalışan basın mensuplarının günü.24 Temmuz 1908 tarihinde Türk Basınında sansürün kaldırılması nedeniyle, her yıl 24 Temmuz günü "Gazeteciler ve Basın Bayramı" olarak kutlanıyor. Günümüzde her insanın bilgiye ulaşma, doğruları öğrenebilme ve kendi fikirlerini ifade edebilme özgürl...
  • “Bozulan Almanya ilişkilerinin perde arkası ve Batı’da bir Türkiye dostu”

    24 Temmuz 2017 KÖŞE YAZARLARI, MANŞET

    "Türkiye-Almanya ‘dostluğunun’ tarihsel gelişimi" Türkiye-Almanya ilişkileri yaklaşık olarak 250 yılı aşkın bir geçmişe sahip.İlişkilerin başlangıcı 1761 tarihinde Prusya ile Osmanlı İmparatorluğu arasında imzalanan “Dostluk, Gemicilik ve Ticaret Antlaşması” ile başladığı düşünülmektedir. Bu süreç içerisinde Türkiye ile Almanya arasında doğrudan bir savaş yaşanmamış. İngiliz ve Fransız Donanmalarından kaçarak İstanbul'a sığınan ve Osmanlı devletince satın alınan  “Gobel ve Braslav” adlı iki Alman kruvazörünün, "Yavuz" ve "Midilli" isimler...
  • “DƏMİR BARMAQLIQLAR”

    24 Temmuz 2017 KÖŞE YAZARLARI

     O, dünyanın ən qəribə həbsxanasıdır. Bəli, ən qəribə... Çünki hökmü məhbusunun əli ilə imzalanır. Hakimi də elə dustaqının özü olur. Nəticədə, bir insan HAKİM, MÜTTƏHİM və VƏKİL qisminə bölünərək, öz-özlüyündə haçalanır. Qurulan məhkəmədə hər üçünün də nitqində həqiqət danışır. Acınacaqlısı odur ki, hər biri söylədiklərində haqlıdır. "HAKİM" verdiyi qərarında, "MÜTTƏHİM" etiraflarında, "MÜDAFİƏÇİ" isə qurbanın müdafiəsində doğru və yalnışları göstərməyə çalışır, hər kəsə. ŞAHİD isə susur. Üzündəki istehza ifadələri ilə izləyir, üçtərəfli dialo...
  • “Ayaq səsləri”- hər kəsin həyatından bir pay…

    24 Temmuz 2017 KÖŞE YAZARLARI

        “Ayaq səsləri” adlı psixoloji romanın bəlkədə müəllifdən sonra oxuduğu ilk insanam. Roman digər romanlardan fərqli olaraq öz həyat hekayəsi ilə fərqlənir. Hər şey elə müəllifin qeyd etdiyi” Məqsədə çatmaq üçün hər şeyə hazır olmalısan”, kəlməsindən başlayır desəm yanılmaram. Həyatın hər bir üzüylə zaman keçdikcə tanış oluruq. Ən çətin omür fəslimiz qocalıqdır desək yəqinki, bir çoxları məndən inciməz. Bir qadına aşiq olub,onu ömrünün sonuna kimi gözləmək hər sevənin həddi deyil. Elə ordaca illər əvvəl söz verdiyi skmayada əyləşm...
UA-36507442-2