logo

reklam
30 Ağustos 2016

Fələk hər bir insana qarşı əsən bir sərt rüzgardır.-Müsahibə

Yazıçı Nakim Əlili ilə Müsahibəni sizə təqdim edirik.
– Nakim bəy ilk yazınız nə haqqda olub?

biga-30-agustos-zafer-bayrami-programi_23587

İlk hekayəm ” Namus oğrusu” olub. Əsgərliyə gedən bir gənc sevdiyi qızı dostuna tapşırır. Amma dostu onun uzaqda olmasından faydalanaraq qızın saqqızını oğurlayır və onunla evlənir.

 

-Bu yazını yazmağa nə səbəb olub?

Vətəni qorumağa gedən birinin əmanətini qoruya bilməyəyimiz sonrakı faciələrimizə başlanğıc olub.

 

-Müəllimlik şərəfli və çətin peşədir. Müəllimlikdən yazarlığa keçən yolu işıqlandıran səbəb nə olub?

Peyğəmbərimizin dediyi kimi “Günəş Yer üzünü işıqlandırırsa, müəllim qəlbləri nurlandırır”. Gənclərimizlə Vətənpərvərlik haqqında söhbətlər apararkən, onların sevə biləcəyi bir qəhrəmana ehtiyacları olduğunu zaman – zaman hiss edirdim. O üzdən ilk dəfə Qarabağ savaşında mərdanəliklə vuruşan, amma fəaliyyətləri haqqında son dərəcə az bildiyimiz kəşfiyyatçılarımızın həyatını qələmə almağı qərarlaşdırdım. Bu yolda çox yaxşı tanıdığım bir kəşfiyyatçı dostumun olması məni daha da ruhlandırdı.

 

Bu yaxınlarda “Qan izinin işiğında” adlı kitabınız çap olunub. Nakim bəy istəyirik ki, bu mövzuda söhbətimizi davam etdirək.

“Qan izinin işığında” kitabından əvvəl “Bəxtin intiqamı” kitabı çap olunmuşdu. Baxmayaraq ki, sonuncu kitab əvvəlkinin davamı idi. Lakin ” Qan izinin işında” romanı ilk dəfə qəzetdə hissə- hissə çıxdığından əvvəlcə kitab halında ” Bəxtin intiqamı” kitabı nəşr olundu. Qəhrəmanlarım olan Naim və Ovçu hər bir ailənin rəğbət bəslədiyi bir Azərbaycanlı övladlarıdır. Qarabağ savaşında canından keçməyə hazır olan bir insanlardır. Hansı ki, onların taleyi ilə , apardıqları qanlı savaşları ilə tanış olanda qürur hissi yaşayırlar. Belə qəhrəmanlara indiki zaman da çox ehtiyacımız var. Çünki düşmən tapdağında inildəyən Qarabağımız var.

 

-Yaxın gələcəkdə öz oxucularınızı yeni bir əsərlə sevindirəcəksinizmi?

 

Günel xanım, hal-hazırda ” Son güllənin fəryadı” adlı roman üzərində çalışıram. Roman kəşfiyyatçılarımızın keşməkeşli həyatından, onlara verilən tapşırığı icra edərkən çəkdikləri zəhmətdən bəhs edir.İnşallah, tezliklə o kitab da işıq üzü görəcəkdir.

 

-Fələk ilə oynama Atam oğlu, fələk ilə oynama,

Oyundan qalibtək ayrılanı yox…

Bəzən şeş qoşa da ata bilərsən,

Amma o, da – yeklə fayda görər çox.

Bu gözəl misrada qeyd etmisiniz ki,bəzən fələyə şeş qoşada ata bilərsən. Həyatınızda heç olubmu ki, fələyə şeş qoşa atmısınız?

Fələk hər bir insana qarşı əsən bir sərt rüzgardır. Ona qarşı gəlmək olur.Bəzən onu dəf də edə bilirsən. Amma arxaya boylanıb itirdiklərini seyr edəndə onunla oynamağın nə qədər çətin olduğunu bir daha başa düşürsən. Amma insan mübarizə aparmasa da, heç vaxt qazanmaz və qazandığlarının ləzzətini duymaq ona nəsib olmaz. Odur ki, arada fələklə oynamağının əleyhinə heç də deyiləm.

 

Bilirik ki. “Ölməzlik” povesti sizin kökünüzü tərənnüm etdirir. Maraqlıdır, bu povesdə hansı bir nüansı qələmə alarkən tərəddüd etmisiniz?

Çox igid bir qaçaq dayım Şirini güllə ilə vurur. Ondan qisas alınma səhnəsini yazarkən xeyli tərəddüdlərim olmuşdu. Baxmayaraq ki, qanlımız sayılırdı. Amma onun mərdanəliyindən keçə bilməyib də, sevərək onu təsvir etdim.

 

-Heç olubmu ki, həyat yoldaşınıza olan sevgi, hansısa bir əsərinizi yazmağa sizi ilhamlandırıb? Yaxudda ki, həyat yoldaşınıza olan sevgini,hansısa qəhrəmanın üzərində canlandırmısınız?

Əsərlərimdə Vətənə sevgim daha qabarıq olduğundan qəhrəmanlarıma sevgimi parçalamamışam. Onları Vətənimin bir bütövü kimi görmüşəm. Hər birinə bir insanın sevgisini yox, bir ailə sevgisini vermişəm.

 

Maraqlıdır, Nakim bəy digər yazıçıların yazılarını oxuyurmu?

Şübhəsiz!

İndiki yazarların yazılarında bəyənmədiyiniz nüanslar hansılardı?

Sevgi və məhəbbətdə iztirab axtarırlar.

” Nə yaxşı, dünyamızda ən yaxşı şeylər hələdə pulsuzdur.” Fikirlərini söyləmisiniz.Belə düşünməyinizin səbəbi nədir?

Bir şeirimdə belə də yazıram; “…Çox şeyi pul ilə almaq olsa da, Çətin ki alasan namusu, arı!”

Son zamanlar gənclər daha çox xarici yazarların kitablarını oxumağa üstünlük verirlər. Gənclərin bu cür seçim etmələrinin səbəbi nədir?

Azərbaycan ədəbiyyatında oxunacaq çox gözəl əsərlər var. Və gənclərimiz də həmişə onlardan bəhrələniblər. İndiki zamanda deməzdim ki, gənclərin başqa seçimi yoxdur ki, xarici ədəbiyyata meyl salırlar. Kifayət qədər gənc yazrlarımız da var ki, onların əsərlərin gənclərimiz tərəfindən sevilə – sevilə oxunurlar.

 

Oxucularınızın daha çox hansı sualları sizə verirlər?

Əslində mənə daha çox yaşlı oxucularım sual verirlər. Xüsusən “Bəxtin intiqamı” romanında ömrü yarımcıq qalan gənc kəşfiyyatçımız olan Mahnura haqqında….”Niyə onu oldürmüsünüz?”
18d35c9f-517b-4e76-97d3-31140f07ee9b
30-agustos-zafer-bayrami-kutlamalari-iptal-edildi2.

 

Son olaraq oxuculara ürək sözləriniz?

İstərdim ki, gənc oxucularım heç vaxt Vətənimizin bir dilbər guşəsinin düşmən tapdağında olmasını unutmasınlar, onun azad olunmasına hər zaman hazır olsunlar.

 

Təşəkkür edirəm.

Günel Ağayeva

Etiketler: »
Share
1345 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

6+2 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2