logo

reklam

Düşüncələr…


Rizvan Yardımlı
rizvanyardimli@gmail.com

…Və beləcə bəzən səssizliyiə qərq olarsan, ətraf aləm kimi onun qurbanına çevrilərsən. Özün azad, ruhun məhbus olar. …Və susarsan. Dinməz-danışmazsan, ətrafındakılardan, ətrafında baş verənlərdən xəbərin belə olmaz, xəbərsiz olarsan. Uzun gecələr, bitmək bilməyən gecələr… Həmin anlar necə də tez ötərmiş. Qəfil ağlına bir fikir gəldimi, düşərsən izi ilə. Sonuna çıxmağa çalışarsan. Gecə bitər, lakin səni sənin olmadığın yerlərə aparan, zərrə qədər olan, ancaq xəyallarında çox böyütdüyün fikirinin sonuna yetişə bilməzsən, bitməz o.

            Ən çətini bilirsinizmi nədir?! Xatirələr… Keçmişdə olub-bitənlər, yaşananlar. Keçmişdə nələr yaşmamışıq, nələr! Məni incidən səhvlərimdir, günahlarımdır… və ən əsası etdiyim yaxşı əməllərimdir. İnsanları tanıya bilmədik, layiq olan insanlara layiq olan hörməti göstərmədik. Bəzilərinə hətta bir xoş nəvazişi, təbəssümü belə çox gördük. Sonra da dedik ki, biz yaxşı adamlarıq – yaxşılardanıq. Çünki yaxşılıq etmişik. Lakin kimlərə yaxşılıq etdiyimizi, kimlər üçün nələr etdiyimizi, ümumiyyətlə, nə etdiyimizi anlamadıq. Bəlkə də anlamağa çalışdıq, nə vaxtsa düşündük. Amma…

            Etdiyimiz hər işdə qarşılıq gözlədik. Çox vaxt layiqindən artığını istədik – dərsindən 3 alıb 5 istəyən məktəbli kimi. Lakin düşünmədik ki, biz niyə yaxşılıq etdik? Nəsə ummaq üçünmü? Düşünmədik ki, əslində etdiklərimizin qarşılığını çoxdan bizə veriblər, biz bunu çoxdan almışıq. Düşünmədik ki, biz etdiklərimizi kimlərsə bizə edib, bizim üçün edib. Deməli, kiməsə etdiyimiz yaxşılığın qarşılığını ummağımız məntiqə sığmır. Əslində, yaxşılıq etmək bizim borcumuzdur. Borcumuzu niyə qaytarmırıq? Təəssüf… Niyə biz bizə hörmət edənə hörməti qaytarmalıyıq? Olmazmı o mənə, mən sənə, sən ona, o də onlara… və beləcə onlar da başqalarına öyrədə?!…

            Ruhum məhbusdur, RUHUM. Mənə məxsus olsa da mənim deyil, mənimlə deyil – onu qurtara bilmirəm məhbəsindən.

            Necə də çətin imiş dünyanın yükünü çəkmək. Bacara bilmədiyin vəzifəyə sahib olmaq, çəkə bilmədiyin yükü götürmək – necə də çətin imiş. İlahi, bu yazıq insanlar necə də ağır yüklərin altındaymış. Hər kəs nəsə daşıyır. Yüklənib bəşər övladı, günahları ilə. Düzdür, SƏN insanoğlunu çəkə bilmədiyi yüklə yükləməzsən. İnsanoğlu özü götürüb bu yükü, səndən izinsiz.

            Hə, bir də gecənin tən ortasında pəncərə önündə fikirə dalırsan. Tək-tənha oturarsan pəncərə qarşısında. İzləyirsən ulduzları, öz ulduzunu gəzərsən, göy üzündə axtararsan. Tapa bilmirsənsə üzülmə. Doğacaq, mütləq bir gün sənin də ulduzun doğacaq. O da digər ulduzlar kimi işıq saçacaq. Səmada gözlərin önündə oynayacaq. Səni xoşbəxt etsin deyə, ancaq səni. Deyəcək ki, səninəm, sənin ulduzunam. Xoşbəxt olmaq sənin də haqqındır, Budur, gəlmişəm, sənin üçün, səni sevindirməyə, səni SEVMƏYƏ.

            Bədbinsən, ancaq baxış və düşüncələrində nikbinlik var. Baxmayaraq ki, “hər şey yaxşı olacaq, üzülmə” cümləsini eşitməkdən bezimisən, yorulmusan, artıq bu cümləni eşitmək istəmirsən. Sənin üçün hazırda yaşadığın həyat qədər maraqsızlaşıb bu cümlə. Maraqlısı odur ki, heç nəyin yaxşı olmayacağını əminliklə bildiyin halda sən də başqaları üçün bu cümləni işlədir, hər şeyin yaxşı olacağını vəd edirsən. Aldadırsan, sənin aldatdıqları kimi. Qəribə deyilmi?

            Ən maraqlısı isə xoşbəxt sonluqla bitən filimlərdəki kimi həyatının sonuna yaxınlaşır, xoşbəxtlik axtarırsan. Axtarma, yorma özünü. Xoşbəxtlik özü səni tapacaq – əgər varsa.

Rizvan Yardımlı

Share
153 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

8+4 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

İLGİNİZİ ÇEKEBİLECEK DİĞER KÖŞE YAZILARI

  • ZALİMDEN DAVACI OLMAK

    03 Aralık 2016 KÖŞE YAZARLARI

    Kıyamet gününde Allâhü Teâlâ Hazretleri, insanları yüzleştirecektir. O gün, zalimlerin ayak takımları zalimlerden davacı olacaktır. Zalimlerin ayak takımları, zalimlere, dünyada iken sizin için çalışıyorduk, haydi bizi kurtarın diyeceklerdir. Zalimler, ayak takımlarıyla beraber cehennem ateşindedirler. Bu hakikati Allâhü Teâlâ Hazretleri, böyle beyan ediyor: O vakit o metbû/reis olanlar –azâbı görerek- tâbi olanlardan teberri edip uzaklaşmışlardır. Aralarındaki bütün râbıtalar/bağlar didik didik kopmuştur.166 Tâbi olanlar da şöyle demektedi...
  • ASGARİ ÜCRET ARTIRILMALIDIR

    03 Aralık 2016 KÖŞE YAZARLARI

    ASGARİ ÜCRET ARTIRILMALIDIR Yeni yıla ait asgari ücret komisyonu toplantıları başladı. Her iki taraftan uygun bir şekilde anlaşılarak; toplantının sona erdirilmesi ve her iki tarafın da bu toplantıların sonucunda elde edilecek değerlendirmelerden memnun olarak ayrılmaları temennimizdir. Asgari ücret çalışanların alacakları ücret açısından değerlendirilmesinin yapıldığı bir toplantıdır. Ancak, bu toplantı da ele alınması gereken önemli hususlardan bir tanesi de; çalışma hayatını düzenleyen kuralların, düzenlenmesi ve her ne pahasına olursa olsu...
  • EHLiBEYT SEVGİSİ

    02 Aralık 2016 KÖŞE YAZARLARI

    Peygamber Efendimiz (Sallallâhü Aleyhi ve Sellem) Hazretlerinin aile efradına, hane halkına, hanımlarına, çocuklarına, zürriyetine ve akrabalarına ehl-i beyt denilir. GİRİŞ11.11.2013 Peygamber Efendimiz (sallallâhü aleyhi ve sellem) hazretlerinin ehl-i beytini sevmek vaciptir. -"De ki: Buna karşılık sizden, yakınlıkta sevgiden başka bir ecir istemem!” Ve her kim çalışır, bir güzellik kazanırsa ona onda daha ziyâde bir güzellik veriririz; çünkü Allah gafûr'dur şekûr'dur!" Eş-Şûrâ: 42/23, Ehl-i beytin fazileti hakkında Peygamber Efendimiz (sa...
  • Hayırlısını Dilemek

    01 Aralık 2016 KÖŞE YAZARLARI

    Her şeyin sahibi ve maliki, her şeye kadir, sonsuz kerem ve ihsan sahibi Cenab-ı Allah’a sonsuz hamdler olsun. Kâinatın sertacı, merhamet ve heybet peygamberi Muhammed Mustafa (s.a.v.)’ya; Onun pak ehl-i beytine, seçkin Sahabelerine ve tüm takipçilerine salat ve selam olsun. Beşer olarak şu imtihan dünyasında önümüzde var olan engelleri aşabilmek için Allah’ın rahmet ve inayetine çok muhtacız. Hayatımızda attığımız adımların, yaptığımız işlerin, niyet ve beklentilerimizin Allah’ın rızasına uygun olması elbette akıbetimiz açısından ç...
UA-36507442-2