logo

reklam
08 Haziran 2017

Düşüncələr

Torpaqdan     yarandıq …  Bir    gün    gələcək ,
Yenidən     torpağa     dönəcəyik   biz !
Boğsaq    da    dünyanı    qaranlıq   kimi ,
Məşəllər    önündə    sönəcəyik   biz !

 

Yaxşılıq    eyləyib ,   qoy ,  daş    altına ,
Nə    vaxtsa     həmin     daş     tərpənəcəkdi .
Zəhmətlə    yaşa    sən ,  uyma    altuna ,
Əməklə     ucalan    enməyəcəkdi .

 

Bir      sənət     seçəndə     dərindən    düşün ,
Sənətdə     sənətkar    olmaq    gərəkdir !
Beş    günlük      dünyada     yaşa     şərəflə ,
Öləndə     qəlblərdə    qalmaq     gərəkdir !

 

Eşqini      dünyaya     etmə     etibar ,
Leylini     Məcnundan     ayırdı     dünya !
Bağ – bağça    söyüddən    görməyibdi     bar ,
Sazını    nalədən     düzəldib     dünya !

 

Ölüm    ayağında ,  axır     nəfəsdə ,
– ” HƏYATDAN    DOYMUŞAM ! ”  –  deyən ,  olmadı .
Dövləti     başından     aşsa    da     yenə ,
KƏFƏNİ     XARADAN     geyən    olmadı !

 

   Yaqut Hüseynova

Share
234 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

2+4 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2