logo

Dünyada qalacaq…

Var – dövlət   yığmağa  çalışma   heç   vaxt ,
Dünyada  qalacaq    dünyanın   malı !

Babıki   itirib   inləmədi   taxt ,
Dünyada  qalacaq    dünyanın   malı !

İnsanın   qədrini   sağlığında   bil ,
Öləndə   hüzurla   gözlərini   sil ,
Kainat   qocalır , ötüşəndə  il ,
Dünyada  qalacaq    dünyanın   malı !

 

Gedən   nə  apardı ,  biz  də   aparaq ,
Ömrümüz   yol   gedir ,   atın   çaparaq ,
Həyatdan   ayrılaq   hörmət   taparaq ,
Dünyada  qalacaq    dünyanın   malı !

 

İnsanlıq    bağında  gənckən   ağac  ək ,
Nə  qədər   ömrün   var ,  zəhmətini   çək ,
Narahat   dünyadan ,  kaş  rahat   köçək ,
Dünyada  qalacaq    dünyanın   malı !


    YAQUT    HÜSEYNOVA 

Share
330 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

7+10 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2