logo

… CANLI ÖLÜLƏRİYİK …


facebook
Yaqut HÜSEYNOVA
afradita@box.a

Deyirlər , qəbristanlıq insan xislətinin durulduğu məkandır . Amma görünür , heç məzarlıqların da çox xislətləri durultmağa gücü yetmir . Bu günlərdə qəbristanlıqda ziyarət zamanı seyr etdiyim bir mənzərə məni elə susdurdu ki , rəhmətlik nənəm demiş , lap nitqim qurudu . İçimi dəhşət bürüdü . Burdadamı fərqlər , özü də heç bir çərçivəyə sığmayan düşüncəsiz , dərrakəsiz fərqlər qoyulur ?! Çox vaxt qiyamətin necə olacağını öyrənməyə çalışırıq , amma etməli olduqlarımızı unuduruq ! Dini kitabları , hədisləri vərəqləyirik . Din xadimlərinin moizələrini dinləyirik . Bir nəticəyə gəlmək üçün . Bəlkə də səmavi kitabların hər birində qeyd olunan qiyamət günü və onun haqda söylənilənlərin insan xislətindəki eybəcərlikdən başlayır yolu .

   Əsrlər ötsə də , yaşayanlardı var olanlar . Məsələn , “ MOLLA NƏSRƏDDİN “ və bu cərəyanın yolçuları kimi . Gördüyüm mənzərə Molla Nəsrəddinçilərin zamanla birgə addımlayan ayaq səslərini bir daha eşitdirdi mənə . Çünki bu addımlar böyük bir zaman kəsiyi keçsə də , cəmiyyətdəki həqiqətlərin daxilinə elə nüfuz edib ki , zaman belə onu susdurmağa acizdir . Zamanı zamandan öncə görən , çözən və anladan cığırlardı onların getdiyi yollar . Bəlkə də düşünəcəksiniz ki , mövzudan çox uzaqlaşdım . Amma bu belə deyil . Ona görə ki, şahidi olduqlarım “ MOLLA NƏSRƏDDİN “ jurnalının səhifələrinin hələ də bitmədiyini hər birimizə anladır . Bu jurnalın hər son səhifəsinə gəldiyimiz anda , oxuyub bitirdiyimizi düşünərkən , yenidən vərəqlənir çözümləri , yanaşmaları , hədəfi ifşa və tənqidləri … Qısa girişimlə mövzuma həm körpü salmaq istədim , həm də qarışıq fikirlərimi aydınlatmağa çalışdım …

   Əzizlərimizi ziyarət edərkən qarşı məzarın yanında iki qadının etdiyi söhbəti eşitdim . Biri digərinə məzarlardakı fərqi göstərib söyləyirdi ki , “ gör necə bəxtəvər ölüdür , qəbri saray kimi düzəldilib , halal olsun övladlarına . O birisinin torpağı belə aşınıb … “ Həqiqətən qəribə dünyadı . Həyat amansızlığıyla belə , çox başlara ağlı hələ də gətirə bilməyib . Hər şeydə , hər yanaşmada zahir axtarılır . Düşünmürük ki , görüntülərin hamısı səmimi olmur , insanların özü kimi . Gördüklərimiz çox vaxt gözümüzü torlayan pərdələrdən ibarətdir . O pərdənin arxasındakı doğrunu görmək isə hər vicdana məxsusu deyil ! Bəlkə də qibtə etdiyimiz o dəbdəbə hansısa nankor övladların əməlini gizlətmək üçün son acizyanə çarədir . Yaxud da qocalar evinin divarlarına vəsiyyətini edən valideynlərin müqəddəs çiyinlərinə övladları tərəfindən qoyulan daha birçəkilməz dərd və ağır yükdür . Bəlkə də fərqinə varmadığımız ikinci məzarın aşınmış torpağı , ona axıdılan göz yaşlarının sonsuzluğunun təzahürüdür …

   Qibtə etməkdən uzaqlaşaq ! Uzaqlaşaq ki , həqiqəti görə bilək . Zahiri aldanışlarda itməyək . Taleyimizin iz saldığı ömür yollarımızı “ mənəvi itkin “ damğasıyla qaranlıqlara qərq etməyək . Yaşadığımız cəmiyyətin əyriliklərini görməyi bacaraq . Üzvi olsaq da , həyatı paylaşdığımız cəmiyyətə bənzəməyək ! Özümüz olaq ! Cəmiyyətin tərtib etdiyi yeni “ sinonimlərini “ kiçik dünyamıza tanıtmayaq ! Məsələn , “ hörmət “ adlandırdığı rüşvətdə , “ ləyaqəti “ əvəz edən yaltaqlıqda və bu kimi sadalamaqla bitməyən iyrənclikdə payımız olmasın . UCA YARADANIN deyərdim ki , ən günahkar bəndələri də , məhz bizik . Çünki YALANI HƏQİQƏT sözünə sinonim seçilən dünyanın sakinləriyik . Daha doğrusu , CANLI ÖLÜLƏRİYİK !!!

   Yazımı Cibran Xəlil Cibranın sözləriylə bitirmək istəyirəm . O söyləyirdi : – “ İçimizdə iki şəxs var – biri qaranlıqda ayıqdır , o biri işıqdaykən yatıb ! “

 

                                           4 fevral 2015 – ci il .

 

                                  HÜSEYNOVA YAQUT VAFİQQIZI 

Share
631 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

1+8 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

İLGİNİZİ ÇEKEBİLECEK DİĞER KÖŞE YAZILARI

  • 24 Temmuz Gazeteciler ve Basın Bayramı

    24 Temmuz 2017 KÖŞE YAZARLARI

      Ülkemizdeki basın mensuplarının günü olan 24 Temmuz Gazeteciler ve Basın Bayramı kutlu olsun. Basın mensuplarımız yeri geliyor bir savaşın ortasına giriyor, yeri geliyor soğuk bir kış gününde saatlerce çekim yapmak zorunda kalıyor; bu gün zor şartlar altında çalışan basın mensuplarının günü.24 Temmuz 1908 tarihinde Türk Basınında sansürün kaldırılması nedeniyle, her yıl 24 Temmuz günü "Gazeteciler ve Basın Bayramı" olarak kutlanıyor. Günümüzde her insanın bilgiye ulaşma, doğruları öğrenebilme ve kendi fikirlerini ifade edebilme özgürl...
  • “Bozulan Almanya ilişkilerinin perde arkası ve Batı’da bir Türkiye dostu”

    24 Temmuz 2017 KÖŞE YAZARLARI, MANŞET

    "Türkiye-Almanya ‘dostluğunun’ tarihsel gelişimi" Türkiye-Almanya ilişkileri yaklaşık olarak 250 yılı aşkın bir geçmişe sahip.İlişkilerin başlangıcı 1761 tarihinde Prusya ile Osmanlı İmparatorluğu arasında imzalanan “Dostluk, Gemicilik ve Ticaret Antlaşması” ile başladığı düşünülmektedir. Bu süreç içerisinde Türkiye ile Almanya arasında doğrudan bir savaş yaşanmamış. İngiliz ve Fransız Donanmalarından kaçarak İstanbul'a sığınan ve Osmanlı devletince satın alınan  “Gobel ve Braslav” adlı iki Alman kruvazörünün, "Yavuz" ve "Midilli" isimler...
  • “DƏMİR BARMAQLIQLAR”

    24 Temmuz 2017 KÖŞE YAZARLARI

     O, dünyanın ən qəribə həbsxanasıdır. Bəli, ən qəribə... Çünki hökmü məhbusunun əli ilə imzalanır. Hakimi də elə dustaqının özü olur. Nəticədə, bir insan HAKİM, MÜTTƏHİM və VƏKİL qisminə bölünərək, öz-özlüyündə haçalanır. Qurulan məhkəmədə hər üçünün də nitqində həqiqət danışır. Acınacaqlısı odur ki, hər biri söylədiklərində haqlıdır. "HAKİM" verdiyi qərarında, "MÜTTƏHİM" etiraflarında, "MÜDAFİƏÇİ" isə qurbanın müdafiəsində doğru və yalnışları göstərməyə çalışır, hər kəsə. ŞAHİD isə susur. Üzündəki istehza ifadələri ilə izləyir, üçtərəfli dialo...
  • “Ayaq səsləri”- hər kəsin həyatından bir pay…

    24 Temmuz 2017 KÖŞE YAZARLARI

        “Ayaq səsləri” adlı psixoloji romanın bəlkədə müəllifdən sonra oxuduğu ilk insanam. Roman digər romanlardan fərqli olaraq öz həyat hekayəsi ilə fərqlənir. Hər şey elə müəllifin qeyd etdiyi” Məqsədə çatmaq üçün hər şeyə hazır olmalısan”, kəlməsindən başlayır desəm yanılmaram. Həyatın hər bir üzüylə zaman keçdikcə tanış oluruq. Ən çətin omür fəslimiz qocalıqdır desək yəqinki, bir çoxları məndən inciməz. Bir qadına aşiq olub,onu ömrünün sonuna kimi gözləmək hər sevənin həddi deyil. Elə ordaca illər əvvəl söz verdiyi skmayada əyləşm...
UA-36507442-2