logo

reklam
14 Nisan 2017

Çətindi

Hələ də bilmirəm xoşbəxtlik nədir?!
Bu hissi dadmamış bilmək çətindi.
Sən demə, hər gülən xoşbəxt sayılmır,
Həyatda xoş ömür sürmək çətindi.

 

Şikəsti, yetimi vurmağa nə var.
Min oyun, min hiylə qurmağa nə var.
Yalandan qəsdində durmağa nə var.
İnsantək yaşayıb, ölmək çətindi.

 

Yaş ötür, zəmanə öz işin görür.
Mümkünmü bəlasız yaşasın ömür?
Kimisi ağlayır, kimisi gülür
Ağlamaq asandı, gülmək çətindi.

 

İz belə qalmayıb keçən ömürdən.
Səs-səda gəlməyir ötən ömürdən.
Mənasız xərclənən , itən ömürdən
Bir daha geriyə dönmək çətindi.

 

Çoxlu əsərlər yazılıb adına,
Bir dəfə düşdünsə eşqin oduna,
Uydunsa sevgiyə, hansı qadına
Alışmaq asandı, sönmək çətindi.

 

Rizvan Yardımlı

Share
129 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

6+4 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2