logo

” BİRİ VAR … “


facebook
Yaqut HÜSEYNOVA
afradita@box.a

BİRİ var , hər birimizin həyatında . Nə yaxşı ki , ” var ” deyə biləcəyimiz biri … Bizi hər an anlayan , sevincimizi bölüşən , kədərimizi , qəmimizi , hər bir sıxıntımızı bütün səmimiyyətiylə dinləyib çözüm axtaran biri … Gah əsl dost kimi şərik olar uğurlarımıza , gah düşmən tək qarşı çıxar bizə , gah da etdiyimiz əməllərə , səhvlərə görə heç kim bizi qəbul etməyəndə , hətta amansızlıqla qınayanda yanımızda olar , əllərimizdən sevgiylə tutaraq yaşadıqlarımıza cavab tapmaqda yardım edər . BİRİ var … Dünya içrə qurduğumuz kiçik dünyamızda . Xəyallarımızı görməyi bacaran , arzularımızdakı reallaşdırmaq istədiyimiz səadəti gözlərimizə əxz edən , ruhumuzu təmkiniylə , sədaqətiylə var edən biri … Ümidlərdən yaratdığımız ,TANRIDAN həqiqət olmasını dilədiyimiz şirin nağıllarımızın sonundakı üç almanı gətirər ömrümüzə o . Əllərimizi göylərə açdığımız zaman belə könlümüzü nurlandıran duaların yolu onun verdiyi inam və çözümlərdən keçər. Möhkəm tutaq əllərindən . Bizi tərk etməsinə səbəb olacaq mənəvi tənəzzüldə yox olmayaq . Varlığımıza ayna tutan əyrimizi , düzümüzü ətrafımızdan öncəbizə göstərən də odur . Günəşın al şəfəqləriylə açdığımız hər günün 24 saatını necə tamamladığımızı ulduzlu gecələrin röyasına gözlərimizi yummadan öncə sevgiylə dinləyər . VİCDAN təmizliyini tanıdar hər birimizə . Həyatın təzadlarında yorulub – usanan ruhumuzun dinclik tapdığı məkana çevrilər , onunla vəhdətimiz . Sevinəndə UCA YARADANA şükranlığımızı unutdurmaz ! Qəlbimizi ağrıdan nisgilin , qəm – qüssənin silinməsinə çalışan səbrimizə dönər o . Və onun var olduğu qədər İNSAN kimi addımlayarıq həyat yollarında … BİRİ VAR , həyatımızda dediyimiz – elə ÖZÜMÜZÜK ! Söylədiklərimi yalnız özümüzlə etdiyimiz söhbət zamanı yaşayırıq . Çünki hər bir kəs bütün səmimiyyətiylə yalnız ÖZÜYLƏ SÖHBƏT zamanı TANRININ hüzuruna çəkilir . Mənəvi hesabatımızı varlığımızı var etmək üçün nəfəs qədər dəyərli bilək ! Çünki bunsuz mənliyimiz də , vicdanımız da boğularaq məhv olar !

YAQUT HÜSEYNOVA

Share
750 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

2+10 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

#

” BİRİ VAR … “” için 2 Yorum

  1. Yaqut : diyor ki:

    tesekkur edirem

  2. Yaqut : diyor ki:

    Yazıya tekrar bakılsın yarımçıq yayınlanıb

İLGİNİZİ ÇEKEBİLECEK DİĞER KÖŞE YAZILARI

  • 24 Temmuz Gazeteciler ve Basın Bayramı

    24 Temmuz 2017 KÖŞE YAZARLARI

      Ülkemizdeki basın mensuplarının günü olan 24 Temmuz Gazeteciler ve Basın Bayramı kutlu olsun. Basın mensuplarımız yeri geliyor bir savaşın ortasına giriyor, yeri geliyor soğuk bir kış gününde saatlerce çekim yapmak zorunda kalıyor; bu gün zor şartlar altında çalışan basın mensuplarının günü.24 Temmuz 1908 tarihinde Türk Basınında sansürün kaldırılması nedeniyle, her yıl 24 Temmuz günü "Gazeteciler ve Basın Bayramı" olarak kutlanıyor. Günümüzde her insanın bilgiye ulaşma, doğruları öğrenebilme ve kendi fikirlerini ifade edebilme özgürl...
  • “Bozulan Almanya ilişkilerinin perde arkası ve Batı’da bir Türkiye dostu”

    24 Temmuz 2017 KÖŞE YAZARLARI, MANŞET

    "Türkiye-Almanya ‘dostluğunun’ tarihsel gelişimi" Türkiye-Almanya ilişkileri yaklaşık olarak 250 yılı aşkın bir geçmişe sahip.İlişkilerin başlangıcı 1761 tarihinde Prusya ile Osmanlı İmparatorluğu arasında imzalanan “Dostluk, Gemicilik ve Ticaret Antlaşması” ile başladığı düşünülmektedir. Bu süreç içerisinde Türkiye ile Almanya arasında doğrudan bir savaş yaşanmamış. İngiliz ve Fransız Donanmalarından kaçarak İstanbul'a sığınan ve Osmanlı devletince satın alınan  “Gobel ve Braslav” adlı iki Alman kruvazörünün, "Yavuz" ve "Midilli" isimler...
  • “DƏMİR BARMAQLIQLAR”

    24 Temmuz 2017 KÖŞE YAZARLARI

     O, dünyanın ən qəribə həbsxanasıdır. Bəli, ən qəribə... Çünki hökmü məhbusunun əli ilə imzalanır. Hakimi də elə dustaqının özü olur. Nəticədə, bir insan HAKİM, MÜTTƏHİM və VƏKİL qisminə bölünərək, öz-özlüyündə haçalanır. Qurulan məhkəmədə hər üçünün də nitqində həqiqət danışır. Acınacaqlısı odur ki, hər biri söylədiklərində haqlıdır. "HAKİM" verdiyi qərarında, "MÜTTƏHİM" etiraflarında, "MÜDAFİƏÇİ" isə qurbanın müdafiəsində doğru və yalnışları göstərməyə çalışır, hər kəsə. ŞAHİD isə susur. Üzündəki istehza ifadələri ilə izləyir, üçtərəfli dialo...
  • “Ayaq səsləri”- hər kəsin həyatından bir pay…

    24 Temmuz 2017 KÖŞE YAZARLARI

        “Ayaq səsləri” adlı psixoloji romanın bəlkədə müəllifdən sonra oxuduğu ilk insanam. Roman digər romanlardan fərqli olaraq öz həyat hekayəsi ilə fərqlənir. Hər şey elə müəllifin qeyd etdiyi” Məqsədə çatmaq üçün hər şeyə hazır olmalısan”, kəlməsindən başlayır desəm yanılmaram. Həyatın hər bir üzüylə zaman keçdikcə tanış oluruq. Ən çətin omür fəslimiz qocalıqdır desək yəqinki, bir çoxları məndən inciməz. Bir qadına aşiq olub,onu ömrünün sonuna kimi gözləmək hər sevənin həddi deyil. Elə ordaca illər əvvəl söz verdiyi skmayada əyləşm...
UA-36507442-2