logo

reklam
20 Mart 2017

Bayram axşamı

 

Yeni günün başlanğıcı olan Novruz bayramının gəlişi bir başqadı. Bayrama bir ay qalmış təmizlik işləri görülür. Bayram abu havası duyulur. Ağaclar tumurcuqlanır, təbiət oyanır, qışın yorğunluğunu üzərindən atan torpağın ətri hiss olunur. Bayramın gəlişini bildirən çərşənbələrin özünə məxsus adəti vardı. Çərşənbə axşamında tonqal qalayıb, alovun üzərindən tullanarlar. Novruz bayramının dörd çərşənbəsi vardı. Su,od,yel və torpaq. Hər bir çərşənbə təbiətin canlanmasını xəbər verir. Sonuncu çərşənbə digərlərindən fərqlənir. Bu çərşənbədə meydanın ortasında tonqal qalayıb, qızlar qulaq falına çıxarlar, uşaqlar isə qonşuların qapısına papaq atıb bayram payı yığarlar. Hər kəs təzə paltarlar geyinərlər. Nənələr öz nəvələri üçün xurcun tikərlər ki, bayram payını yığa bilsinlər. Bu gözəl bayramın özünə məxsus şirniyyatları vardı. Qohum-əqraba bir yerə yığılıb şəkərbura,paxlava,qoğal bişirər, qohum tanışlara bayram sovqatı göndərirlər. Evlərdə xonçalar bəzənər, səməni cücərdilər. Tonqal ətrafına yığışan insanlar əl-ələ verib yallı gedərlər. Bayramaın vazkeçilməz qəhrəmanları olan Keçəl və Kosanın gəlişi isə başqa ahəng qatar, bayram axşamına. Əziz gündə küsülülər barışar, insanlar yaxınlarının məzarını ziyarətə gedərlər. Səhərə qədər deyib-gülüb əylənər,yumurta döyüşdürərlər. Qarabağda bayram bir başqa keçərdi. Qohum evinə toplaşan insanlar burada çillə çıxarar, dan yeri ağarana kimi bir-birlərinə xoş sözlər söyləyərlər.

Bilirik yenidən o günlər yaşanacaq, bayramları yenidən   elimiz,obamızda qeyd edəcəyik.

 

Günel Ağayeva

Share
222 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

10+5 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2