logo

reklam
28 Mayıs 2017

Bəsit suallar

Önündə  kağız,qələm ağlında dolaşan min sual. Bir borcu ödəməyi belə bacarmayan mənasız və boş-boş gəzən suallar. Əslində səbəbsiz yerə bu suallar yaranmır. Ən bəsit suallardan elə ən böyük problemlər yaranır elə deyilmi?! Cavabsız qalan suallar sonradan insanı bir yerdən hətta bir həyatdan başqa bir həyata yola salır. Sonsuza yol alan yolçu kimi getmədiyimiz yollar,döymədiyimiz qapı qalmır. Bəsit sualların cavabları,yaratdıqları problemlərlə birgə bizlərə cavab axtarmağı tələb edir. Düşüncələr səni öz ağuşuna aldıqca, nə edəcəyini necə addım atacağını bilmirsən.Elə tək əlac ümid, səbr və təmkinlə cavabsız qalan suallarına cavab axtara-axtara və ya cavab verən dost,tanış  axtarışına çıxarsan. Bəzən cavab tapdığını düşünərsən, bəzəndə səhv olduğunu anlayarsan. Ən çox qəlbini nə incidər bilməzsən. Doğru cavabları yanlış insanlarda axtarmaqmı? Yoxsa, yanlış cavablarda doğru insanlar axtarmaqmı?. Qəlbin,beynin bundan təngə gələr,yaranan çətinliklərə çarə axtaran bir cüt ümidli gözlər daima səni izlər.

Günel Ağayeva

Share
102 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

7+8 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2