logo

reklam

“BƏHANƏ”


facebook
Yaqut HÜSEYNOVA
afradita@box.a

( Real həyat hekayəsi )   

  
    Yenə də bəhanə axtarıram…

   

   İllər keçib… Artıq özüm də valideynəm. Ən böyük arzum, qızım heç bir zaman həyatın mənə aratdığı ağrılı bəhanəni aramasın. Əslində, bu bəhanəni ona tanıtmamaq mənim öz əllərimdədir. Bəli, bu valideynin yerinə yetirməyə borclu olduğu vəzifəsidir. Çünki ailənin mənən öldürdüyü övladı ən mükəmməl cəmiyyət belə dirildə bilməz. Əzablısı bilirsiz, nədir?! Bu “ÖLÜLƏRİN”, yəni ruhu valideyn əli ilə məhv edilən həyatların “AXİRƏTİ” belə olmur!…

 

 Yenə də bəhanə axtarıram…

   Bəhanədən-bəhanəyə ilmələr atmağa çalışıram, onu xatırlamaq, hıçqırıqlar içində ondan ötrü darıxmaq üçün… Əvəz edilməyəcək, heç kimsənin və heç nəyin doldura bilməyəcəyi yerindən, yoxluğunun acısından elə özünə danışmaq üçün kiçik bir ümidə çevirmək istədiyim bəhanələrə sevgi və ehtiramdan don biçir düşüncələrim. Bəhanələr araya-araya onu bağışlamaq, bizi nə qədər sevdiyinə özümü azacıq da olsa, inandırmaq istəyirəm. Və bunun həqiqət olduğuna bütün varlığımla sığınaraq, mənəvi rahatlığa qovuşmağa addımbaaddım bəhanələrlə yaxınlaşmağa səy göstərirəm. Amma cəhdlərim faydasız, özümü aldatmaqdan başqa, bir şey deyil…

   Uşaqlıqda daha çox bəhanələr gətirərdik. Kaş həyatımızın sonuna qədər, məhz o bəhanələrin xatirəsi iz salardı, qəlbimizdə. Ya dərs öyrənməyəndə, ya dərsdən qaçanda və yaxud da nəyisə sındıranda, itirəndə valideynlərimiz bizə hirslənməsin deyə, bəhanələr köməyimizə gələrdi. Çox keçmədən də söylədiklərimizin yalan olduğu üzə çıxardı. Bəlkə də o zamanlar qəlbimizin bütün səmimiyyətilə istəmədən yaratdığımız xoşagəlməz vəziyyəti yumuşaltmaqdan ötrü köməyə çağırdığımız bəhanələrlə bizim üçün dəyərli olanları itirməmək və səhvimizi anladığımızdan dolayı yolla həqiqəti deməyə çalışdıq.
   Üst-üstə gələn illərin hərəsinin yaddaşımızda öz rəngi olduğu kimi, söylədiyimiz bəhanələrin siması da fələyin çarxında dondan-dona girdi. Uşaqlıqda itirməmək, yalnışlarımızı görməyi bacardığımız üçün bəhanələrə əl atırdıqsa, böyüdükcə acımadan əzib keçmək, uzaqlaşmaq və ən dəhşətlisi bilərəkdən ürəyimizi, beynimizi səhvlərə öyrəşdirmək məqsədilə əlimizdəki silaha çevrildi…

   Bir bəhanə axtarıram. Səni xatırlamaq, qarşında bir övlad kimi məhəbbətlə əlimi qəlbimin üzərinə qoyaraq, tənzim etmək üçün. Tanımadığı yada belə ağlayan gözlərimdən torpağa qoyulduğun andan bu günə qədər bir damla yaş axmadı, ata! Görən, bunun mənim üçün nə qədər ağrılı olduğunu duya bilirsənmi?! Məncə, yox. Duymadığına əminəm. Çünki sağlığında sən bizi zahirən tanıdın. Heç bir zaman qəlbimizi, ruhumuzu duymadın… Arzularımızı dinləmədin… Xatirimizdə yalnız ölüm tarixin qalıb. Bizə yaşatdığın zülmlər sayəsində atalı ikən atasız olduq. Məhz qəlbimiz o gündən daddı, kimsəsizliyi və yetimliyi…

   Bu gün vəfatının ildönümünün növbəti sayı yazıldı ömrümüzə.Hər il anamız ilə birlikdə məzarının başına yığışırıq. Məhz burada dünyanın ən xoşbəxt övladları oluruq. Çoxlarına qəribə görünsə də, acı olsa da bu bizim həqiqətimizdir. Çünki sağlığında heç bir zaman bizi nə ailən bildin, nə də başına topladın!…

   Yenə də bəhanə axtarıram…

   Bəlkə də HƏYAT  ÖLÜM özü ayrı-ayrılıqda bir bəhanədir. Bir bəhanədə digər bir bəhanəni tamamlamaq üçün alnımıza yazılan “YOXLUQDAN VARLIĞA DOĞRU”nidasıdır…

                                                           

                                                            Yaqut Hüseynova

Share
610 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

8+10 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

İLGİNİZİ ÇEKEBİLECEK DİĞER KÖŞE YAZILARI

  • Allah kuluna bir nimet verirse

    23 Haziran 2017 KÖŞE YAZARLARI

    Allah kuluna bir nimet verirse İstanbul Evliyasından Fethi Ali Efendi “rahmetullahi aleyh”, bir sohbette; - Kardeşlerim, Allahü teâlâ bir kuluna bir nimet verdiyse, bu nimeti o kulunun üstünde görmek ister, buyurdu. Ve misal verdi: - Mesela bir Müslümana zenginlik verdiyse, o kimse imkanı nispetinde güzel yemekler yemeli, güzel elbiseler giymeli, güzel yerlerde oturmalı, fakirleri de gözetmelidir. Şöyle bitirdi: - Bununla beraber “ölüm”ü ve “ahiret”i bir an olsun unutmamalıdır. İbadeti bilerek yapın! Bi...
  • Din & Ahlâk ilişkisine dair…

    23 Haziran 2017 KÖŞE YAZARLARI, MANŞET, SÜRMANŞET

    Din ve ahlâk ilişkisi tarih boyunca tartışıla gelmiştir. Kimileri Din ile ahlâkı bir tutmuş ve asla farklı düşünülemeyeceğini savunmuş, kimileri de birbirleriyle hiçbir ilişkisi olmayan kavramlar/disiplinler olduğunu ifade etmişlerdir. Nitekim geçenlerde bir sohbet esnasında “Ahlâk dinden, din ahlâktan ayrı düşünülemez. Din-ahlâk ayrımı yapmak kesinlikle yanlıştır.” İfadesi kullanıldı.   Oysa ki; Din ve ahlâk kavramları, birbiriyle oldukça ilişkili, adeta birbirinin mütemmimi (tamamlayıcısı) olan iki kavram olmakla beraber, ...
  • HER ŞEYE RAĞMEN BAYRAM MUTLULUKTUR

    23 Haziran 2017 KÖŞE YAZARLARI

      HER ŞEYE RAĞMEN BAYRAM MUTLULUKTUR Ülkemizde yaşanan, tüm olumsuzluklara rağmen; manevi havayı , bolca teneffüs ettiğimiz, Ramazan ayından sonra; Bayramı yaşamak, bir mutluluktur. Allah'ın müslümanlara bir hediyesidir. İnsanoğlu, Kıştan sonra, bahar sevincini nasıl yaşıyorsa; Bayram sevincini de; öyle yaşamalıdır. Özellikle, böyle zor günlerden geçtiğimiz şu zamanda; Bayramımızı coşku ile, kutlamak; bizim dışımızdaki tüm düşman ve hainlere verilecek, en güzel cevaptır. Haydi, bayramımızı kutlamaya... Haydi ,çocuklarımızı bu manev...
  • KULUN ALLAH SEVGİSİ

    23 Haziran 2017 KÖŞE YAZARLARI

    Allah kulunu severse Behrullah Efendi "rahmetullahi aleyh", Anadolu Velilerindendir. Kabr-i şerifi Tokat’ın Erbaa ilçesine bağlı Eksel köyünde bulunuyor. Bir gün sordular bu zata: - Allah’ın bir kimseyi sevdiğinin alameti nedir efendim? Büyük zat cevaben; - Allahü teâlâ bir kulunu severse, ona iki şey nasip eder, buyurdu. - Onlar nedir hocam? - Birincisi, ona sevdiği bir kulunu, tanıtır. İkincisi, ona hayırlı bir iş nasip eder. Ve izah etti: - Yani o kimse “Allah adamları”ndan birini tan...
UA-36507442-2