logo

reklam
30 Nisan 2017

Asan deyil

İnsanlar  dəvətsiz qonaq kimi həyatımıza daxil olurlar. Ağrıları, əzabları hədiyyə verib, qəfil çıxıb gedirlər. Ümidlər belə gözləri yollara dikilərək yaşlanır. Gözləmək, gələcəyini düşünmək dünyanın ən ağılsız işidi desəm yanılmaram. Paylanan ömür fəsillərində ayrılıqlar, qovuşmalara bir-birini izləyən yollara bənzəyər. Gedənin ardında onu xatırladacaq əşyalar belə onun yaxınlarına həm kədər həmdə  tərəddüdlər bəxş edər. Çalışarıq ki, zamanı geri qaytaraq. Gedən ömür qatarında sonsuzluğa səyahət edən sərnişinləri yarı yolda düşürək.  Uşaq kimi həyata və zamana küsürük. Üzülmək əldə deyil.  Xatırlamaq, unuda bilməmək geridə qalanlara verilən ağır cəzadı. Təkliklər belə onun yoxluğunun yanında sadəcə yalandan başqa bir şey deyil. Artıq ümid belə təhnalığın arxasınca gizli- gizli göz yaşları tökər. Açılan sabahları qarşılamaq çətin olur. Vaxtsız gələn ayrılıqların arxasında buraxılan izlərə illər əlac tapa bilməz. Təsadüfi sözlər gedəni xatırladar. Gözlərdə yanaqlara axan yaşlar zaman keçdikcə soyuq hisslərin başlanğıcına çevrilər. Hər kəsdən küsərik, təkliyə qapanarıq, ətrafda nələrin yaşandığını görməzdən gələrik. İllər sonra ətrini duymaq üçün onu axtardığı zaman nə edəcəyini bilmədən, onadan geridə qalan keçmişə boylanmaqdan başqa bir əlac yoxdu. Məlhəmsiz, çətin, ağrısı keçməyən bir zamana doğru addımlamaq, onların olmadığı həyatda yaşamaq  inan Asan deyil. Bizlərə sadəcə sönmüş ümidlərin arxasınca seyr etmək qalır.

 

 

Günel Ağayeva

Share
65 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

9+7 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2