logo

reklam

Anlaya bilmədiyimiz müasirlik, yoxsa…


Rizvan Yardımlı
rizvanyardimli@gmail.com

 Elm, texnikanın inkişafı insanları yeni-yeni layihələrə imza atmağa vadar edir. 
     Vaxtikən yazarlar, şairlər və elm adamları cəmiyyətdəki savadsızlıq və cahillikdən şikayətlənirdilər. XIX-XX əsrlərdə S.Ə.Şirvani, C.Məmmədquluzadə, M.Ə.Sabir kimi dahilər əsərlərində bu məsələyə diqqət yetirmiş, həlli yollarını axtarmağa çalışmışlar. H.Zərdabinin Azərbaycan mətbuatının əsasını qoyduğu “Əkinçi” qəzeti, C.Məmmədquluzadənin redaktorluğu ilə yaranmış “Mollla Nəsrəddin” jurnalı kimi mətbu orqanlar cəmiyyəti məhvə sürükləyən nadanlıqdan söhbət açmışdır. Onlar bunu savadsızlıqla əlaqələndirmişlər. M.F.Axundzadə komediyalarının əsasında da bu problem dayanırdı. Bununla yanaşı XIX və XX əsrin əvvəllərində insanların kortəbii şəkildə dinə bağlılığı da cəmiyyətin geridəqalmasından xəbər verirdi. Çünki həmin dövrlərdə dindən bir silah kimi istifadə edirdilər.

     “Molla Nəsrəddin” jurnalı digər mətbu orqanlardan fərqli olaraq savadsızlığın tənqidi nöqteyi-nəzərdən daha da irəli gedirdi. Hətta jurnalın üz qabığında alman əsilli rəssam Oskar Şmerliqin çəkdiyi karikatura müsəlman dünyasının qəflət yuxusunda olduğunu göstərir. Tənqidi realizim ədəbi cəryanını formalaşdıran “Molla Nəsrəddin” ədəbi jurnalı yarandığı vaxtdan süqut etdiyi vaxta qədər satira yolunu tutmuşdur. Cəmiyyətdə tüğyan edən savadsızlığa qarşı kəskin mövqedə dayanan M.Ə.Sabir, M.S.Ordubadi, Ə.Nəzmi, Ö.F.Nemanzadə, Ə.Qəmküsar, Ə.Haqverdiyev, M.M.Şəbüstəri, Ə.Əzimzadə və başqaları bu ədəbi məktəbin görkəmli nümayəndələrindəndir. Cəfər Cabbarlı da “Sevil” əsərində  bu həqiqətlərdən söhbət açmışdır. Burada ədib Gülüş obrazı ilə Sevili mənən ayıltmışdır. Sevil əvvəllər avam qadın olsa da, Gülüşün təsiri ilə ali təhsilli qadın səviyyəsinə yüksəlir. Əsərdə Sevilin müəllifi olduğu “Azərbaycan qadınının inkişaf yolu” kitabı avam mühitin oyuncağına çevrilmiş qadınların ayılmasına, inkişafına səbəb olmuşdur. Və ya M.Ə.Sabirin “Oxutmuram, əl çəkin” kimi satirik şeirləri keçən əsrlərin acınacaqlı vəziyyətindən xəbər verir.

     O vaxtkı savadsızlıq elmin az tədris olmasından və yaxud heç tədris olmamasından irəli gəlirdisə, hazırda isə universitetlərdə oxuyan tələbələrin əksəriyyəti istəmədikləri ixtisaslara sahib olduqları üçün cəmiyyətdə qeyri-peşəkarların sayı artır. Bu isə birmənalı qarşılanmır.

Zəmanə dəyişib, zamanın hökmünə uyğun tələblər də dəyişib. Danılmaz bir faktdır ki, kitab oxuyan, savadla qidalanan gənclərimiz azlıq təşkil edir. Çoxusu universitetə qəbul olmaq xatirinə gözdən pərdə asmaq üçün oxuyurlar. Bu isə savadlı olmaq demək deyil. Əslində universitet təhsilin ibtidaisidir. Bu bir daha sübut edir ki, Sabir, Cəlil kimi dahilərin yazdıqları əsərlər heç də öz aktuallığın itirməmişdir.

      Daim axtarışda olan, oxumaqdan və öyrənməkdən yorulmayan insanlar savadlı və uzaqgörəndirlər. Əsl peşəkarlıq budur. Məhəmməd Peyğəmbər (s.ə.ə.) belə demişdir: “Beşikdən qəbrədək elm öyrənin”. İnsanı kamilləşdirən, mənən yüksəldən tək vasitə elmdir. 

 

Rizvan Yardımlı

Share
220 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

9+10 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

İLGİNİZİ ÇEKEBİLECEK DİĞER KÖŞE YAZILARI

  • Bu din, vermek dinidir

    23 Nisan 2017 KÖŞE YAZARLARI

    Bu din, vermek dinidir İran Evliyasından Muhyiddin-i Dusti hazretlerine “rahmetullahi aleyh”, bir gün bazı dostları gelip; - Dünyada en güzel şey nedir? diye sordular. Cevabında; - Dünyada en güzel şey, dünyaya düşkün olmamaktır, buyurdu. Anlayamadılar. O zaman sordu onlara: - Sizce dünyada en kıymetli maden nedir? - Altındır efendim. - Peki altından kıymetli olan nedir? - Bilmiyoruz hocam, nedir? - O altını, ihtiyaç sahibi başka Müslümana vermektir. Bu din, vermek dinidir. Veren aziz olur, alansa ...
  • Sevgilinin Sevgiliye Kavuştuğu Gece: Miraç Gecesi

    23 Nisan 2017 KÖŞE YAZARLARI, MANŞET

    Sevgilinin sevgiliye kavuştuğu en güzel, en kutlu ve de en mübarek olan gecelerden bir gece olan Miraç kandili ve gecesi tüm Müslüman alemine hayırlı olsun.   Peygamber Efendimiz Hz. Muhammed Mustafa’nın (s.a.v) göğe yükselerek Yüceler yücesi olan Yüce Mevla’nın huzuruna en güzel şekilde kabul edildiği mübarek gecedir.  İlahilerin birçok sırrını, hikmetini ve de bereketini kendi bünyesinde bulunduran bu gecede İsra Suresinin ilk ayeti kerimesinde şöyle ifade edilmektedir: “Bir gece, kendisine ayetlerimizden bir kısmını gösterelim diye (M...
  • BENİM OYUM ÜSTÜN

    23 Nisan 2017 KÖŞE YAZARLARI

    BENİM   OYUM   ÜSTÜN Yapılan başkanlık oylamasından sonra; yine birileri azıttı. Çıkan sonucu hazmedemedikleri için, olsa gerek; kendileri gibi düşünmeyen insanları; aşağılamaya, hakaret etmeye başladılar. Anadolu şehirlerindeki evet oylarının fazlalığı; Anadolu şehirlerine hakaret içeren, saldırmalara dönüştü. Artık pes, doğrusu. Bu insanlar, sözde; demokrasiye inandıklarını söyleyen, insanlardır. Ancak, Onların demokrasi anlayışında, kendileri gibi düşünmek, fikri; yatmaktadır. Eğer, kendileri gibi düşünmeyen fikir önde çıkarsa; O zaman, o...
  • Dünya, imtihan yeridir

    22 Nisan 2017 KÖŞE YAZARLARI

    Dünya, imtihan yeridir İstanbul Evliyasından Hüsameddin Nakşi hazretleri "rahmetullahi aleyh", bir günkü sohbetinde; - Bu dünya “imtihan yeri”dir, buyurdu. Görünüşü tatlı ise de, aslı acıdır. Su gibi görünen bir serap, şeker kaplanmış zehirdir. Kendisini sevenlere en kötü şeyleri yapar. Şöyle devam etti: - Ona tutulan akılsızdır. Görünüşüne aldanan, sonsuz felakete düşer. Hadis-i şerifte; “Dünya ile ahiret birbirine zıttır. Birini razı edersen, öteki gücenir” buyuruldu. Sordular: - Peki efendim, bu kadar kötü...
UA-36507442-2