logo

reklam

ALLAHIN “VƏTƏN”İ…


facebook
Yaqut HÜSEYNOVA
afradita@box.a

Yazıçı, şərqşünas Əli Rzazadənin “SƏMAYA QAYIDAN YAZI”

                         romanı haqda düşüncələrim

 

Deyirlər, yazıçı əsərləri ilə qəlblərdə və beynlərdə öz tarixini yaradır. Məhz əlindəki qələmin gücü və səmimiyyəti ilə yaddaşlarda iz salır. Bəli, qələm böyük qüvvədir. İsmayıl Bəy Qaspiralı yazırdı ki:-“Hər nə yazacaq isən, qələmi üç qəpiklik qara mürəkkəbə batırma. ÜRƏYİNƏ batırıb, onun qanı ilə yazı yaz. Sözün ötər, VİCDANLARA yetər. Əks halda bisəmərə gələr, keçər.” Həsən Bəy Zərdabi isə deyirdi ki:-“Yaxşı kitab qiymətli xəzinədir.” Həqiqətən, hər bir xalqın ədəbiyyatı onun səhifələrinə daxil olan belə xəzinələr sayəsində dəyər taparaq, əbədiyyət qazanır. Yazıçı, şərqşünas Əli Rzazadənin “SƏMAYA QAYIDAN YAZI” adlı yeni kitabı da, məhz belə nəşrlərdəndir. Kitab yazıçının oxucuları ilə dördüncü görüşüdür. Ə.Rzazadənin sayca ikinci romanı olan bu əsər dini radikalizm, onun mənşəyi, tarixi kökləri, dünyanı hörümçək toru kimi saran terrorçu qruplaşmaların İSLAM dini adı altında törətdiyi faciə və müsibətlərdən bəhs edir. Romanda dini radikalizmin, İŞİD-in iyrənc mahiyyəti bütün məqamları ilə oxucuya çatdırılır. Qeyd olunur ki, radikalizm bütün zamanlarda və toplumlarda fərqli şəkillərdə təzahür edən zehniyyət tərzidir. Radikallıq əslində dinlərin və ya digər ideologiyaların mahiyyətindən deyil, onların mənsublarının düşüncəsindən, psixologiyasından və yanaşmasından qaynaqlanır. Romanda bu bəladan xilas olmağın yolları, canlandırılan obrazların timsalında açıqlanır. Vurğulanır ki, dini radikalizmdən qurtulmaq üçün ilk növbədə cəmiyyətdə dini maarifləndirmə ciddi və məqsədyönlü şəkildə aparılmalıdır. Müqəddəs dinimiz İSLAM olduğu kimi insanlara təbliğ edilməlidir. Problemin digər çözüm yolu isə ictimai müzakirələri təşviq edərək, radikal dini ideyaların tədricən məhv edilməsinə nail olmaqdır.1

   Əsərin baş qəhrəmanı Qədir ixtisasca adlı-sanlı cərrahdır. O eyni zamanda gözəl bir ailə başçısıdır. Atası dünyasını dəyişdikdən sonra, anası Güşvər xanım uşaqlarını min bir zəhmətlə böyüdüb, boya-başa çatdırmışdı. Qədir ailənin qürur duyulacaq övladı idi. Kiçik qardaşı Orxan şəhərə işləmək məqsədilə gəlsə də, çox keçmir ki, dini radikal qruplaşmalardan birinin “beyn yuma” siyasətinin qurbanına çevrilərək, onun ən fəal üzvi kimi tanınır… Və kafirlərə qarşı aparılan “müqəddəs cihad” a qoşulmaq üçün “ALLAHIN HAKİM KƏSİLDİYİ ÖLKƏ” yə yollanır. Qardaşını axtarıb tapana qədər, Qədirin keçdiyi məşəqqətli yol əsərdə o qədər gözəl və təsirli təsvir edilib ki, oxucu kitabı vərəqlədikcə, sanki özünü o hadisələrin içində hiss edir.

   Romanda Qədirin ailəsinə yazdığı məktub oxucunun qəlbində silinməz iz salır. O, HƏZRƏTİ ZEYNƏBİN uyuduğu müqəddəs torpaqda qələmə aldı, ailəsinə sevgi, ümid və etiraf dolu məktubunu. Elə bu məktubdaca:-“Görüşənədək…” – deyib, anasına və əzizlərinə qardaşı Orxanla birlikdə Bakıya dönəcəyinə bir daha söz verdi. Məktubu həyat yoldaşı, çox sevdiyi Aytənə yazsa da, anası Güşvərin qabarlı əllərində son damla sevincə dönən  bu balaca zərf hər kəsin ürəyində sönməyən bir ümid idi. Qədir bu vərəqlərdə qardaşını tapmaq üçün çıxdığı yolda başına gələn əhvalatları, şahidi olduğu ağrı-acıları və arzularını dilə gətirir. Və övladlarını, məhz bu məktubun sətirlərində sonuncu dəfə bağrına basır…

   Ə.Rzazadənin bir yazıçı kimi daha bir uğuru ondan ibarətdir ki, romanda işıqlandırdığı əsas mövzu və ideyanın fonunda cəmiyyətimizdə mövcud olan neçə-neçə problemə toxunaraq, onların həlli istiqamətinə də oxucunun diqqətini yönəltməyə nail olmuşdur. Əsərin bədii gücünü daha da mükəmməl etmək üçün romanın bir neçə yerində yazıçı düşüncə və duyğularını, məhz nəzmlə dilə gətirib.

   Yazıçının bəyaz vərəqlərin köksünə köçürdüyü sətirlər kitablarını vərəqləyən oxucu ilə həmsöhbət olaraq, ruhunu dindirə bilir. Onun həyata baxışlarına yaxın bir dost kimi çözümləri ilə aydınlıq gətirərək, beynindəki sualların cavabına çevrilir. Ən əsası, qələmə aldığı  əsərlərindən bəhrələnilir. Məhz budur, ƏSL YAZIÇI qələminin, Əli Rzazadə yaradıcılığının ucalığı…

   Romanın kuliminasiya nöqtəsini İŞİD terror qruplaşmalarından birinə rəhbərlik edən Əbu Həmzə adlı erməni ilə Qədir arasında olan dialoq təşkil edir. Bu dialoqdan kiçik bir hissəni xüsusilə vurğulamaq istəyirəm. Terrorçular tərəfindən İSA Peyğəmbər kimi çarmıxa çəkilən Qədir, Tanrının ona bəxş etdiyi belə uca ölümü yaşayacağına görə çox sevinir. Bunu görən erməni dığası onu “axmaq” adlandırır. Və TÜRK OĞLUNUN bu sevincinin səbəbini soruşanda, Qədirin murdar erməniyə cavabı belə olur:-“…Axmaq sənsən ki, bunu anlamırsan. Həmişə düşünürdüm ki, mən bu torpaqlarda ölsəm, bu mənim üçün ucuz ölüm olacaq. Amma indi sevinirəm. Sevinirəm ki, məni şərəfsiz erməni öldürəcək. Özümü Qarabağda öldürülən şəhidlərimizin sırasında görürəm. Və inanıram ki, ölümdən sonrakı həyatda mənim ruhum erməni şərəfsizliyi ilə öldürülən şəhidlərimizin ruhlarının qatarına qoşulacaq…”

   Əsərdə dönə-dönə vurğulanır ki, ilahi sevgidən, ilahi nurdan yarandı Yerin, Göyün hər damlası. Tükənməz mərhəmət və ilahi ədalət sətirləndi, təbiətin naxışlarında. Uca Yaradan həyatın mahiyyətini, həqiqətin nəfəsini bütün yaradılana son mənzilimiz olan qara torpağın ətrində daddırdı. O ətirdə anlatdı, HAQQA gedən yolun yönünü. ALLAHA qovuşmağın, ONA tapınmağın, ONU tanımağın sərhədlərini qəlblərə və beynlərə, məhz o ətirlə qətrə-qətrə köçürdü. Əlimizə götürdüyümüz BİR OVUC TORPAQDAN başlar, İLAHİ EŞQƏ gedən yolun ilk addımı. Bu bir ovuc torpağın zərrələrinə dönən VƏTƏNİN müqəddəsliyini, yalnız ruhuyla duyanlar aləmlərin RƏBBİNƏ qovuşa bilər… Bizi YARADANA ruhumuzla, qəlbimizlə qovuşa bilək ki, müqəddəs kitabımız “QURANİ KƏRİM” sonda “SƏMAYA QAYIDAN YAZI” ya çevrilməsin!!! “ALLAHIN hakim kəsildiyi nə bir ölkə, nə də bir şəhər” var!…

   İnanıram ki, bütün dünyada aktual mövzu və fəlakət olan İŞİD-in iyrənc mahiyyətindən, tarixindən bəhs edən ƏLİ RZAZADƏNİN bu mükəmməl romanı əsasında yaxın gələcəkdə gözəl bir bədii film ekranlaşdırılacaq.

  

                   “ALLAHIN VƏTƏNİ”

Axtarma, YARADAN hardadır deyə,

ONUN nə ölkəsi, nə VƏTƏNİ var!

“Müqəddəs cihada” yollanan cahil,

ONUN nə ölkəsi, nə VƏTƏNİ var!

                                 Vərəqlə, “QURAN” I… Budur, həqiqət,

                                 TANRI nə görünər, nə BÜTLƏŞƏR “O”!

                                 Asiman nurunu yaysa da, fəqət,

                                 HAQQ olub, ÜRƏKDƏ VƏTƏNLƏŞƏR “O”!!!

Aldanma, iblisin yalanlarına,

SALAMDAN aşılar, SÜLHÜ DİNİMİZ!

Yem olma, dünyanın ilanlarına,

SALAMDAN aşılar, SÜLHÜ DİNİMİZ!

                                                                        

                                                                              

                                        Yaqut VAFIQQIZI

Share
699 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

9+9 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

İLGİNİZİ ÇEKEBİLECEK DİĞER KÖŞE YAZILARI

  • GÜZELLİĞINDE İMTİHANI VAR

    29 Mart 2017 KÖŞE YAZARLARI

    Ey İman Edenler Zina Etmeyin, Gençligini Zinadan Koruyana Cennet Vardır (Kaynak Beyheki) .. GÜZELLİĞINDE İMTİHANI VAR Süleyman bin Yesâr, bir arkadaşıyla “Ebva” denen yerde konaklamışlardı. Arkadaşı yakındaki alışveriş yerinden bir şeyler almak üzere çadırdan ayrıldığı sırada Süleyman’ı geriden gözetleyen bir bedevi kadını hemen çadırın kapısına gelerek: – Buraya kadar gelir misin? diye seslendi. Süleyman, serili sofradan yiyecek isteyeceğini düşünerek bazı şeyleri alıp da kadına doğru yürürken kadının ikazı farklı oldu: – Ben yiyecek fa...
  • ÇOCUĞU ORTADAN KESİN

    28 Mart 2017 KÖŞE YAZARLARI

    " ÇOCUĞU ORTADAN KESİN Hz. Davud zamanında genç bir kadın , çocuğunu alıp gezmeye çıkarmıştı . Dinlenmek amacıyla yeşillik bir yer bulup oraya oturdular. Bu sırada yanlarına başka bir kadın gelmişti . O kadının da yanında bir çocuğu vardı . Çocuklar hemen hemen aynı yaştalardı . Kadınlar tanıştılar . Sonradan gelen kadın diğer kadına nazaran yaşça büyüktü ve onun ablası konumundaydı . Aralarında konuşurlarken çocuklar da önlerinde oynuyorlardı . Bu sırada büyük kadının çocuğu çalılıkların arkasına girip gözden kaybolmuştu . Annesi bunun far...
  • Günaydın!!!

    28 Mart 2017 KÖŞE YAZARLARI

    Misak ı Milli nin sınır taşı olan ve halkın % 70' i türkmen ve araplardan oluşan Kerkük şehrinde artık Kürdistan bayragı esiyor ve Maşallah istihbaratımız yeni anladı galiba... Kerkük Irak petrolünün % 40 ını üretiyor, Dünya'da petrol üretiminin önemli bir kaynağını Kerkük üretiyor. Misak ı Mili nin çizilmemesi için elinden geleni yapan İngiliz'in şımarık prensi Barzani bölgeyi yeni bir kavgaya doğru sürüklüyor. Bölgede zaten söz sahibi olan Kürdistan Irak Federe eyaletinin bu hareketi, bölgenin gerçek hakimi Arapları ve Türkleri hem birleşt...
  • TERÖR SİVİLLERİ VURMAKTADIR

    28 Mart 2017 KÖŞE YAZARLARI

    TERÖR     SİVİLLERİ   VURMAKTADIR Dünya üzerinde, terör olayları alabildiğine, devam etmektedir. Dünyayı yöneten güçler; sözde, kınamalar, yapsalar da; terörün devam etmesinden, mutlu gibi gözükmektedirler. Şu an Güney sınırımızdaki, tüm olaylar bunun en güzel delilidir. O coğrafyaya, kilometrelerce uzakta olan tüm güçler; sahne alabilmek için; bir birleri ile yarışmaktadırlar. Sonuçta; tüm Dünyaya silah satan ve o, satıştan yüklü bir miktarda para kazanan devletler; Dünyayı yönetmeye talip olan, devletlerdir. Üstelik, o bölgenin yer altı ze...
UA-36507442-2