logo

reklam
01 Nisan 2017

Allah

Allahım , tək sənsən ucadan uca

Nələr yaratmadın fani dünyada ?

Aləmə nur verən ey uca Rəbbim ,

Hər şeydən üstündür sənin qüdrətin.

Açırıq səhəri hökmünlə biz.

Günəş işıq saçır , səma tərtəmiz .

Gecə göy üzündə sayrışan ulduz,

Səhəri qalmayır ondan heç bir iz .

Çün qoca təbiət öz qaydasında ,

Çıxmayır xəttini , azmayır əsla .

Olsaydı yer üzü daim qaranlıq,

Görməzdi kainat əsla bir işıq .

Yer üzü günəşə qərq olsa birdən ,

Həzz ala bilməzdik aylı gecədən.

Gecə də gündüz də yağış yağarsa ,

Həyat mümkün deyil günəşsiz əsla .

Aləmi bəzəyir qar dənələri İnsana ruh verir səhər nəsimi.

Həyat mümkün deyil susuz səhrada.

Təbiətə can verir küləkli hava .

Sənin qüdrətinlə nərgiz, yasəmən

Boy atır bənövşə , göyərir çəmən .

Sənsən hökmü verən , sənsən padişah ,

Sənin dərgahına gətiririk pənah .

Sən bu təbiətə “bir dayan !” desən,

Güllər çiçək açmaz, göyərməz çəmən .

Qaçmaq mümkün deyil hökmündən kənar

Bu hökmü pozanlar, qaçanlar da var.

O kəslər ki , sənə səcdə etməyir

Nəfsini qul edib heç incitməyir.

Haramlar yeyərək edir günahı

Bilmir halal nədir , danır Allahı .

Allah o Allahdır Yusifi belə !

Qoymadı quyuda kimsəsiz ölə .

Yaquba vurmadı oğul dağını

Yaqub tutmuş idi haqqın yolunu .

Allah o Allahdır gənc İsmayılı

Atası eyləsin haqqın qurbanı .

Saymaqla bitməyir möcüzələrin.

Ey insan ! gör , düşün ən incələrin :

Adicə dağları nümunə götür .

Fikrinə göy üzün, səmanı gətir.

Dağ necə dayanıb dayaq olmadan ?!

Səma da dik durub ayaq olmadan .

Hərdən yağış yağır , gah əsir külək

Hərdən tufan qopur, çaxanda şimşək.

Gecəylə gündüzün növbələşməsi

Günəşin şüası, quşların səsi .

Axı hansı məxluq edər bunları?!

İnsanlar bu üzlə danır Allahı ?.

 

 

Rizvan Yardımlı

Share
213 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

5+2 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2