logo

reklam
03 Aralık 2015

Aktiv rəssamlar qrupunun Sumqayıt şəhərinin yaradıcı təşkilatlarının üzvləri ilə görüşü oldu

 

 Aktiv rəssamlar qrupunun bir neçə üzvü Sumqayıt şəhərində yerləşən Dövlət Rəsm Qalereyasında şəhərin yaradıcı təşkilatlarının üzvləri ilə görüşü oldu. Görüşdə şair İbrahim İlyaslı UASB haqqında ətraflı məlumat verdi. Sumqayıt Dövlət Rəsm Qalereyasının müdiri Ellada Həsənova qonaqları qarşılamaqdan məmnunluğunu bildirdi.2

Bu gün bütün dünyanın sənətə, incəsənətə, barışa ,sevgiyə ehtiyacı olduğunu bildirən UASB Azərbaycan Təmsilçisi rəssam Nəvai Metin də bu dəvətdən və isti münasibətdən məmnunluğunu dilə gətirərək birlik haqqında , birliyin məqsəd və amalı haqqında görüş iştirakçılarına geniş məlumat verdi. “Yurdumuzu qarış- qarış gəzək” layihəsi çərçivəsində tədbirin keçirildiyi yerlər haqqında məlumat verdi və gələcəkdə Sumqayıt şəhərində də etüd-tədbirin təşkilinin mümkünlüyünü vurğuladı.
1..
Nəvai Metin: Artık bizim bu tədbirimiz demək olar ki, bütün ictimaiyyətin diqqət mərkəzindədi, çünki belə silsilə tədbirlər Azərbaycanda ilk dəfə həyata keçirilir. Hansı bölgəyə getsək yerli adamlar tərəfindən sevgiylə qarşılanırıq. Diqqət və qayğı görürük. Bu da bizi təbii ki, daha da həvəsləndirir. Azərbaycanın dilbər güşələrindən olan Göygöl, Xızı və Qobustanda olduq. Etüdlər etdik , rəssamların fəallığı və istedadları bir daha da üzə çıxdı.
3
Sənətşünas alim Ziyatxan Əliyev Azərbaycan rəssamlığının bugünkü problemlərini qeyd eləməklə yanaşı, bu cür plener tədbirlərin vacibliyini bildirdi.

Görüşdə Femin ART beynəlxalq qadın rəssamlar birliyinin Azərbaycan Təmsilçiliyi haqqında da məlumat verildi.

Tədbirin sonunda plener tədbirlərdə iştirak edən 10 yaşlı Nahid Hüseynova ƏN BALACA AKTİVİST adı yazılan plaket təqdim olundu. UASB adından qonaqpərvərliyinə və səmimiyyətinə görə qalareyanın müdiri Ellada xanım Təşəkkürnamə ilə dəyərləndirildi.

UASB-nin Azərbaycan təmsilçiliyinin mətbuat xidmətinin rəhbəri Günay Həsənli.

Share
603 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

10+5 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2