logo

reklam
17 Ekim 2016

Ən böyük yanlış ana südünün əkilməsidir.

Həkim Pediatr Arzu xanım Musayeva ilə Müsahibəni sizə təqdim edirik.10897021_10152660422269200_7740404075201671900_n

Kəskin virus infeksiyaları zamanı antibiotiklərdən istifadə etməyi məsləhət görürsünüzmü?

Kəskin infeksion xəstəliklər zamanı antibiotik istifadəsini məsləhət görmürük. Antibiotik bakteriyalara təsir edir,viruslara yox. Tədqiqatlar aparılıb,nəticədə qərara alınıb ki,bu mexanizm işləmir. Yəni mənasızdır. Çünki virusların səbəb olduğu infeksion xəstəliklərin müalicəsi üçün istifadə olunan antibiotiklər,xəstəliyin sağalma müddətini sürətləndirmir. Əksinə lazımı göstəriş olmadan antibiotiklərin tez-tez istifadəsi,imunitetin azalmasına səbəb olur,bağırsaq mikroflorasını dəyişir və.s. Nəticədə göstəriş olan zaman da lazımı effekt olmur.Çünki bakteriyaların antibiotikə dirənci yaranır.Sual yaranır onda necə bilək ki,bu virus mənşəlidir yoxsa bakterial mənşəli? Cavab:Viral infeksiyaların səbəb olduğu xəstəlik əlamətləri, klinik olaraq bakterial mənşəli infeksion xəstəliklərə oxşadığı üçün bunu aydınlaşdırmaq üçün mütləq həkimə müraciət etməlisiniz.Həkim müayinə edib dəyərləndirməlidir,müvafiq tövsiyələr verməlidir.

Bir şeyi xüsusilə vurğulamaq istəyirəm,bir yaşacan uşaqlarda bütün simptomlar sürətlə ağırlaşa bilər və bronxitə,pnevmoniyaya və.s keçə bilər.Ona görə də mütləq həkim konsultasiyası lazımdır.

 

Yalnız ana südü ilə qidalanan uşaqlarda piylənmə riski varmı?

Sağlam,yalnız ana südü ilə qidalanan bir uşaqda qidalanmağa bağlı,piylənmə riski düşünülməz və əmizdirilməyə davam edilməlidir.
Əgər uşaq artıq çəki almış olsa belə,yenə sadəcə ana südü ilə qidalanırsa,piylənmə riski olmadığı üçün,ana südünün azaldılması seçim olmamalıdır. Bu səhv fikirdir və müzakirə olunmamalıdır!

 

Əksər analar süddə mikrob olduğunu düşünərək ana südünü əkirlər. Bu nə qədər düzgündür?

Bəli  bu ən böyük yanlışlardan biridir :Ana südünün əkilməsi və Stafilakok mikrobunun çıxmasıdır. Körpələrdə qəbizlik və ya ishal olan kimi ana südünün əkilməsini tövsiyyə edirlər.Bu tamamilə yalnışdırr. Ana südü tamamilə sterildir.Tərkibində hansisa mikrobu axtarmaq düzgün deyil.Hətta buna görə ana südünü kəsirlər, “Smes”verirlər yenə yalnışdır. Lazımsız müalicələr alırlar. Əziz analar ana südünü rahatlıqla uşaqlara verin.

 

Arzu xanım istəyirik mövzumuzu uşaqların immum sistemini gücləndirilməsi  haqqında davam etdirək.

İmmun sistem -orqanizmi xəstəliklərə qarşı qoruyan sistemdir.Bu səbəbdən immun sistemin zəifləməsi virus və bakteriyaların orqanizmə girməsini asanlaşdırdığı üçün xəstəliyə səbəb olur.Qış, aylarında uşaqlar daha çox xəstələnirlər.Uşaqlarda immun sistemi gücləndirmək üçün:
Meyvə və tərəvəzlə qidalanmanı artırın.Tərəvəz sevməyən uşaqlar üçün tərəvezləri əzin şorba,kotlet hazırlayıb sevdirin.Bu mövsümün meyvələri xüsusilə vitamin c ilə zəngindirlər,imuniteti artıran xususiyyətli meyvələrdir. Omega-3 yaglari ile zengin qidalar vermek. Məsələn: balıq, qoz, fındıq,

ispanaq  buğda,brokkoli və s.A vitamini və hətta karotinlə zəngin bəslənmə də immun sistemi gücləndirir. A vitamini və betta karotinlə zəngin qidalar: yumurta sarısı,kök,süd,yaşıl bibər,brokkoli,qayisi, qırmızı ət, kartof,və.s .
Kola ,və digər qazlı içkilər  kimi şəkərli istifadəsi azaldılmalı.Su içməni artırmaq lazımdır.Uşağın mineral almasını artırmaq lazımdır.Minerallardan xüsusilə Fe,Zn imuninet gücləndirici xüsusiyyətəsahibdir.Dəmirlə zəngin qidalar:qırmızı ət,tünd yaşıl yarpaqlı tərəvəzlər,quru paxlalılar,kəroviz yarpağı, qayısı qurusu.Zn zəngin qidalar-tam taxıllar,çörək,ət,balıq,badam,qoz
Uşağın artıq çəkisinin olmasi.immun sistemin zəif olmasına səbəb ola bilər.Bu səbəblə çəkini normal tarazlıqda tutmaq önəmlidir.
İdman və hərəkətlilik immun sistemi gücləndirmədə önəmli rol oynayır.Yuxu rejimine diqqət edilməli.Rejimsiz,az yatan uşaqlarda orqanizmin dözümlülüyü zəifləyir,xəstəliklərə daha tez yoluxurlar.Çox miqdarda yağlı qidalarin yeyilməsi imuniteti zəiflədir.Bu səbəblə heyvani yağlardan uzaq durun,az miqdarda bitki yağlarından istifadə edin.Qatiq,kefir verin,yesin.

 

İştahsızlıq nə zaman yaranır?

İştahsızlıq çox geniş mövzudur. Hər 10 uşaqdan 7-8-i bu problemlə bizlərə müraciət edirlər.Bəzən analar günorta yeməyindən əvvəl əlavə qidalar(atışdırmalıq şirniyyatlar, şokolad və digər) verirlər.Onlarda asan  karbohidratlar olduğu tez qana sorulur və toxluq hissi yaranır.Günorta yeməyi zamanı gəldikdə isə artıq yemək yemirlər. Analar məcbur edirlər, və bu hal yenidən təkrarlanır.Analara məsləhət  edə bilərəmki, atıştırmalıq qidalar verməyin. Onlara meyvələrdən maraqlı kreativ  görünüşlü qidalar hazırlayın və yaxudda onlarla birlikdə yeməkləri hazırlayın.Bu zaman uşaqlarda maraq yaranıb iştah artacaq.

 

Uşaqlarda yaranan yuxu problemlərinin səbəbi nədir?

Həyatının ilk illərində uşaqlarda yuxu problemləri çox tez-tez rast gəlinir. Xüsusilə ilk 3 ay körpənin bədən bioritmi hələ formalaşmamışdır və körpə gecə ilə gündüzü səhv salır.İlk aylarda gündüzləri gecədən daha çox yatan körpələrə tez-tez rast gəlinir.Xüsusilə ilk üç ay.Üç ayını bitirmiş körpə gecəni hələ də yatmırsa bir problem olub olmadığı araşdırılmalıdır.Çünki tox,şən,altı təmiz bir körpə rahat yatmalıdır.Daha böyük yaşlarda isə yuxuya getmədə çətinlik,gecə yarısı oyanma,kabuslar tez-tez rast gəlinən bir problemdir. Yeni doğulmuş nizamsız bir yuxu rejiminə malikdir və qaydaya düşməsi təxminən 6 ay çəkir . Yeni doğulmuş ortalama gündə 16-17 saat yatırlar. Lakin buna baxmayaraq 1-2saat yatırlar.Uşaq böyüdükcə gündəlik yuxu müddəti getdikcə azalır. Hər bir uşağın yuxu tələbatı fərqlidir. 6 aylıq uşağın gecələri qısa bir müddət oyanması normaldır. 1-6 yaş uşaqların yatağa getməsini,yatma müddətini günün ən çətin zamanı olduğundan şikayət edirlər. Bu yaşdakı uşaq xüsusilə özündən daha böyük bir qardaş,bacı oyaqdırsa,onda yatmağa gətmək istəməzlər və müqavimət göstərərlər. Körpə və məktəbə qədər uşaqlar hər gecə 10-12saat yuxu ehtiyyacları var. Dəyişməyən bir yuxu planı tərtib edin.Yuxuya getmə və oyanma zamanı həftənin 7 günü sabit olmalıdır.Nizamlı yuxu ritmini təmin etmək baxımından oyanma saatı yuxuya getmə saatından daha əhəmiyyətlidir. Uşağınızın ən sevdiyi oyuncağı, və ya hər hansı başqa əşyanı yanına almasına icazə verin. Gecə yuxudan oyandığında uşağa su və yemək verməyin.Bu uşaqda gecə yemək vərdişi yaradır. Uşağın yuxu rejimini pozur,belə olduqda uşaq gecə ərzində bir neçə dəfə yemək və ya su üçün oyanır. Uşaqların yatmasına görə köməkçi dərmanlar verməyin. Zamanla dərmanlar təsirsiz olurlar.Körpənin gündüz tam oyanıq olmasına mane olurlar. Təsir gecənin ortasında da bitə bilər və oyana bilərlər.

 

Az yaşlı uşaqlarda qurd xəstəliklərinə rast gəlmə faktı yüksək olur.Helmintozların (qurd xəstəlikləri) yaranma səbəbləri nələrdi?

İki yaşına qədər uşaqlarda qurd xəstəliklərinə çox az rast gəlinir.Ən çox iki yaş üzərində olan uşaqlarda rast gəlinir.Uşaqlar bir-birinin oyuncaqların ilə oynaması,çirkli əllərini ağızlarına salması, dırnaq yemələri nəticəsində yaranır. Dırnaq yeyən uşaqların 90%-də qurd xəstəliklərinə rast gəlinir. Gigenik qaydalara riayət edilmədikdə qurd xəstəliklərinin olma risk daha yüksək olur.Qidalanma zamanı meyvə-tərəvəzlər yaxşı yuyulmalı,sirkəli suda saxlanılmalıdır. Bu zaman mövcud olan qurd yumurtaları məhv olur.Bunlara riayət etsək qarşısını ala bilərik.

 

Helmintozların (qurd xəstəlikləri) diaqnostikası və müalicə üsulları hansılardır?

Ən dəqiq diaqnostika nəcisdə qurd yumurtalarını aşkar etməkdir.Qan vastəsi ilə analizi heç tövsiyə etmirik. İlk dəfədə analiz cavablarıda xəstəlik çıxmaya bilər. Dəqiq diaqnoz olması üçün ən azından 3-4 dəfə analiz verilməlidir.Əgər valideyn öz gözüylə görürsə,bu zaman heç bir analizə ehtiyyac yoxdur.Askaridada Lyambliyada nəcisin ümumi analizi mütləq şəkildə veriməlidir.Bizquyruq dediyimiz də isə priyana yaxma analiz növü var. Səhər uşaqlar yuyunmadan əvvəl bu prosses aparılır.Analara tövsiyyə  ederdimki, qan analizi ilə qurdun diaqnostikasını aparmasınlar. Qurd xəstəlikləri uşaqlarda iştahsızlıq,əsəbilik, üz dərisndə səpki və ləkələr yaradır,fiziki inkişafında ləngimələrə səbəb olur.Bir nüansı nəzərə çatdırımki, bəzən diş qıcamasını qurd xəstəliyi ilə əlaqələndirilər.Bu cür halın qurd xəstəlikləri ilə heç bir əlaqəsi yoxdur.Qurd əleyhinə müalicədə heç bir zaman iştah açıcı dərmanlardan istifadə etməsinlər.

 

Fast-food yeyən uşaqlar bir müddət sonra qarın sancıları,ürək bulanma və ishal halı baş verir,hətta bu vəziyyət bir neçə gün davam edir. Bu cür halın yaranma səbəbi nədir?

Fast-food tipli qidaları heç tövsiyyə etmirik.Belə qidalar uşaqların ən sevimli qidalarıdır.Ailənin rolu çox vacibdir. Çünki,valideynlər bu cür qidalar almasalar, uşaqlar qidalarla qidalanmazlar. Fast-foodu iştahla yeyən uşaqlarda qarın ağrıları,ürək bulanma,qusma,hərarət ola bilər.Bu tip qidaların uzun müddət qalması üçün tərkibinə konservantlar qatılır. Qıcıqlanmış bağırsaq sindromu və spaztik kallid  olanda bu simptonlara tez-tez rast gəlinə bilər. Uşaqlar buna həssasdılar. Hər kəsin həssəsiyyatı başqa cürdür. Məsələn elə uşaqlar varkı, süd içən kimi ürəyi bulanır, qusada bilər. Elə uşaqlarda varkı, qəbizlik yaranır.  Fast-food tipli  qidalarla qidalanan uşaqlarda bu cür hala tez-tez rast gəlmək olar.Ən yaxşısı bu cür qidaları analar ev şəraitində özləri hazırlansınlar.

 

Əksər uşaqlar yeriyərkən barmaq üstə yeriyərlər. Barmaq üstü yerimə hansı yaşlarda tam normal haldır?

Barmaq üstə yerimək süd əmər uşaqlar  təzə yeriməyə başlarkən bu tam normal haldır.Çünki, körpə özünü tarazlaya bilmir.Tam 3-4 ay lazımdır ki,uşaqlar buna öyrəşsin. Yeriyəndə ördəkvari yeriyirlər.Bu tam normal haldır. İlkin dəyərləndirməni pediatrlar edirlər. Əgər uşaqlarda 2-3 yaşdan sonra bu hal hələdə müşahidə olunarsa  artıq buna nevropotoloqun və travmatoloqun ilkin baxışı lazımdır.Bu cür halın davam etməsinin əsas səbəbini tapmaq lazımdır.

 

Uşaqlarda gecə yerini islatma (Enurezis nokturna ) halları nə zaman baş verir?

Uşaqların gecə yuxuda istəmədən sidiyə getmə halıdır.Gündüz oyaq ikən sidik qacırtma olmur.Bu hal həm ailəni narahat edir,həm də uşaqda psixoloji və sosial probləmlərə səbəb olur.5 yaş və yuxarı usşaqlarda gecə sidik kontrolu tam olmalıdır.Bu yaşdan sonra sidik qaçırtma varsa müalicə edilməlidir.              5 yaşındakı uşaqların 15%-i yatağını islatmaya davam edərlər.Bu uşaqların 15%-ə qədəri hər il özlüyündən düzəlir.15 yaşindakı uşaqların sadəcə 1%-də gecə altına islatma görülür.Gecı sidik qaçıran uşaqların ana,atalarında da uşaqlıq vaxtlarında gecə sidik qacırma faizi normadan daha yüksəkdir.Bu pozulmaların səbəbi tam olaraq bəlli deyildir.Dərin yatma nəticəsində sidik kontrolunun itməsi üzərində ən çox durulan səbəbdir.Müalicəyə başlamadan öncə sidik sisteminə aid orqanik bir xəstəlik olub-olmadiği araşdırılır. Müalicə 5 yaş və üzərində başlanmalıdır.Uşaq əsla  cəzalandırılmamalı, mükafatlandırılaraq  cəsarətləndirilməli ve ailənin dəstəyi mütləq olmalıdır.Günlük mayə alimi gündüz saatlarında olmalıdır.Axşam saatlarında mayı qida qəbulu azaldılaraq yatmazdan 2 saat əvvəl maye qebulu kəsilməli.Kolali içkilər,kofe,limon və portağal suyu sidik kisəsini oyandırdıqlarından,ən azından axşam saatlarında qəbul edilməməlidir.Egər mümkünsə uşaq yatandan 1 saat sonra,oyandırılıb tualete aparılmalıdır.Əgər 10yaşından sonra davam edərsə bunun səbəbini araşdırılmalıdır.Psixoloq konsultasiyası aparılmalıdır.Onuda qeyd edimki, bəzən  bu cür hallar genetikdə olur.

 

Son olaraq valideynlərə ürək sözləriniz?

Valideynlər uşaqlara bol-bol su içirməlidirlər.Körpələri qapalı məkanlara aparmamalıdırlar.Bu cür yerlərdə infeksion xəstəliklərə yoluxma riski çox yüksək olur. Çünki, hava damcı yolu ilə keçən xəstəliklər var. Havanın hərarətindən asılı olmayaraq açıq havada çox gəzsinlər.

Təşəkkür edirik.

Günel Ağayeva

Share
1120 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

6+3 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

UA-36507442-2