logo

reklam

Ən böyük dostumuz və düşmənimiz – DİLİMİZDİR…


Rizvan Yardımlı
rizvanyardimli@gmail.com

“Dil sümüksüzdü, amma sümüyü sındırar” – Atalar sözü.

İnsanı digər canlılardan, xüsusən də heyvanlardan fərqləndirən əsas cəhət dilinin təfəkkür, düşüncə… ilə bağlı olmasındadır. Dil vasitəsilə insanlar fikirlərini ifadə edir, düşüncələrini paylaşır, qələm sahibləri (ələlxüsus da şairlər, yazıçılar…) hikmətli sirrlərini bəşər cəmiyyətinə çatdırır.

         Dil insanların həyatına yeni mənalar gətirir, rəngarənglik qatır.  Bəzən elə insanlarla qarşılaşırıq ki, onların danışıqları bizi cəlb edir, nitqi qəlbimizi oxşayır, dilinin səlisliyi insanı valeh edir. Dilin imkanları şərait yaradır ki, nitqimizi inkişaf etdirib səlis və gözəl danışaq.

         Ən böyük dostumuz və düşmənizim – DİLİMİZDİR.  İnsan öz dilinin sayəsində həm uğura addım atmış olur, həm də necə deyərlər, “ başına iş açır”. Atalar demişkən, “Dil var bal gətirər, dil var bəla gətirər”. Başqa sözlə, dil insanı həm vəzir, həm də rəzil edər. Necə deyərlər, “Dilini saxlayan, başını saxlar”  O bir növ valideynə bənzəyir. Sözlər isə onun övladlarıdır. Elə övlad var ki, valideyni onunla qürur hissi duyur, fəxr edir, mənən mərtəbələr yüksəlir. Elə valideyn də var ki, övladlarına görə cəmiyyətdə başıaşağıdır, övladlarına görə utanır, insanlardan qaçır. Az görməmişik, neçə-neçə oğlu-qızı olan (istər imkanlı, istər imkansız)  valideynlər kimlərdənsə nəsə umur, ahıl yaşlarında özlərinə heç cür yaraşmayan işlər görür, hətta “Qocalar evi”nin sakinləridirlər və s. Sözsüz ki, valideynin övladları tərəfindən bu qədər dəyərsizləşməsində valideyn rolunun da əhəmiyyəti var. Hər bir insan dilini elə tərbiyə etməlidir ki, öz dilinin bəlasına düşməsin. Söz ki ağızdan çıxdı, sən onun qulu sayılırsan. Eləysə biz sözümüzün ağası olanda diqqətli olmalıyıq ki, “qul”luq taxtına vəsiqə qazanmayaq.

         Sözsüz ki, düşünmədən danışmaq heç kimə xeyir gətirməz. Xüsusən də söz sahibinə heç gətirməz. Bilməyib danışmaqdansa susmaq xeyirlidir. “Danışmaq gümüş olsa, danışmamaq qızıldır” – deyib atalar. İnsanlar elə ünsiyyət yaratmalıdır ki, sözləri lüzumsuz olmasın. Sözləri zərgər dəqiqliyində seçmək, söz israfına yol verməmək, nəzərdə tutulan fikirə xələl gəlmədən az sözlə danışmaq gərəkdir.  Danışmazdan əvvəl düşünmək, necə deyərlər, hər bir kəlməni yüz ölçüb, bir biçməliyik. Danışmaqla susmaq arasında fərq olmadığı halda susmaq daha üstündür.

         Hər şeyin həddi olduğu kimi, danışmağın və susmağın da həddi var. Təbii ki, lazım olan məqamlarda danışmaq mütləqdir. Əgər həmin danışıqlar xeyirlidirsə, uğur gətirəcəksə, heç kimə ziyanı olmayacaqsa və s. məqamında danışmaq həm də Tanrı dərgahında savabdır. Haqq və ədalət, doğru və gerçəklik… tapdalanan yerdə susmaq bəyənilən hal deyil, hətta günahdır. İnsanlar harda danışmağın və harada susmağın lazım olduğunu təyin etməyi bacarmalıdırlar. Unutmayaq, “Dilin zəkatı xeyir söyləməkdi” (Atalar sözü).

         “Çox danışanın səhvi də çox olar” kəlamı olduqca düşünülmüş şəkildə deyilib. Müşahidələrimə istinadən deyə bilərəm ki, müzakirələrdə, xüsusən də elmi müzakirələrdə insanlar çox danışmaqla, daha çox səhv fikirlər söyləyir. Müzakirəni diqqətlə izləyib, məqamında bir neçə cümlələrlə fikirini ifadə edən, birbaşa müzakirənin həllini deyən insanları da az görməmişəm.

         Ümumiyyətlə, dil, söz, ifadə… haqqında deyimlər, atalar sözləri, kəlamlar, nəsihət-tövsiyələr və s. az deyil. Böyüklərimiz dinləməyi danışmaqdan üstün tutmuşlar.  Bu mənada “İnsan dinləmklə ağıllanar, danışmaqla peşman olar” atalar sözlərini yada salmaq bəs edər.

         Çox vaxt insanlar öz dilinin bəlasına düçür olur, necə deyirlər, öz dili insana quyu qazır. Belə məqamda böyüklərimiz yaxşı deyib : “Dilim-dilim olasan, dilim”. Dil qədər şirin və dil qədər acı olan ikinci bir varlıq yoxdur. Bəzən xoş bir söz, bir ifadə… insana hər şey bəxş edə bilər, onu istiqamətləndirən, qaranlıq dünyasından işıqlı dünyaya aparar, qəflət yuxusundan ayıldar…

         Dil həm də əxlaqın göstəricisi, onun bir hissəsidir. Kimisi Quran oxumaqla, nəsihət verməklə və s. dilini tərbiyələndirir,  kimisi çirkin, lüzumsuz və s. sözlərlə dilini zənginləşdirir. Şübhəsiz ki, üstünlük ilk varianta məxsusdur.

         Sözsüz ki, dilimizi canlandıran, ona ixtiyar verən başqa varlıqlarımız mövcuddur. Bura ilk növbədə düşüncə və qəlbimizi misal çəkə bilərəm. Düşünmədən danışırıqsa söhbətimiz ola bilsin uğurlu olmasın. “Qəlb dilin aynasıdır” – deyiblər. Qəlbi təmiz olanların sözsüz ki, dili də təmiz olacaq. Qəlbin paklığı vacib şərtlərdəndir. “Qılınc yarası sağalar, dil yarası sağalmaz” – deyib müdrik atalarımız. Doğrudan da elədir, qılınc yarası keçib gedir, sağalır. Lakin bu dil ki var, onun yarası çox vaxt sağalmır, hətta kinimiz bu yaranı qaşıyaraq daha da bərk zədələyir, zaman keçdikcə ağrımız artır, günbəgün acımız çoxalır. Nəticə etibarı ilə əslində ziyan özümüzə dəyir.

Düşünmədən danışmaq, lüzumsuz sözlərlə uzun-uzadı dili işə salmaq həm də qəlb qırmağa yol açır. Müşahidələrim nəticəsində bəlli etmişəm ki, insanlar nəyinki pis əməllərinin sayəsində daha çox qəlb qırır, düşmən qazanırlar, onlar öz dilinə görə çoxlu insan incidir, qəlb qırır, düşmən qazanır, pis adamlar kimi tanınırlar… Türk dünyasının şairi, mütəfəkkir  Mövlana Cəlaləddin Rumi yazıb : “Dilini tərbiyə etməkdən əvvəl ürəyini (qəlbini – R.F.) tərbiyə et, çünki söz ürəkdən gəlir, dildən çıxır”.

         “İnsanı geyimi ilə qarşılayıb, dili (ağıl) ilə yola salarlar” ifadəsi cəmiyyətdə hələ də öz aktuallığını qoruyur. Gerçəkdən də elədir, tanımadığımız biri ilə qarşılaşanda geyim və davranışları ilə ilkin təsəvvürümüz formalaşır. Həmin kəslə danışdıqca onun dilinə, başqa sözlə, fikir və düşüncələrinə… qismən bələd oluruq. Bu mənada həmin kəs barəsində, necəliyi haqqında fikirlərimizi formalaşdırırıq. Onun dili elə bir vəziyyət yarada bilər ki, geyindiyi bahalı paltar qarşı tərəfin gözündə dəyərsiz əskiyə çevrilər. Mövlanə demişkən :

“Nə qədər insan gördüm ki, əynində libası yox,

Nə qədər libas gördüm ki, içində insan yox!!!”

         İnsanlar öz dilinin sayəsində çoxlu dostlar qazanar, hörmət-izzət sahibi olar. “Şirin dil ilanı yuvasından çıxarır” – deyiblər. Az və mənalı danışmaq kamilliyə aparan yollardan biridir. Yazımı bu atalar sözü ilə tamamlayıram : “İnsanın əti yeyilməz, dərisi geyilməz, ancaq şirin dili gərək.”.

 

Share
162 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

7+5 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

İLGİNİZİ ÇEKEBİLECEK DİĞER KÖŞE YAZILARI

  • İbretlik

    16 Ocak 2017 KÖŞE YAZARLARI

    İBRETLİKTİR KESİNLİKLE OKUMALISINIZ Adamın biri bir gün bahçesinde otururken Hayvan dışkısından top yapan bir böceği görmüş, böcek pisliği ayakları ile yuvarlayarak giderken içinden şöyle geçirmiş: - Ey Allahım! Her şeyi çok güzel çok hoş yaratmışsın da, şu böceği sırf pislikle uğraşsın diye mi yarattın? Aradan bir kaç ay geçmiş adam umarsız bir hastalığa yakalanmış. Derdine kimseler çare bulamamış. En sonunda bilge bir doktor ''Bak demiş bazen bahçelerde gezen bir böcek olur ayakları ile pislik yuvarlar işte o yuvarladığı pi...
  • Seyyid Burhâneddîn

    15 Ocak 2017 KÖŞE YAZARLARI

      Seyyid Burhâneddîn’in kalblere huzur veren vâzları vardı. Bu vâzlarından biri şöyledir: “Allahü teâlâ; “Dünyâ hayâtı ancak metâ-ı gurûr’dur” buyurmaktadır. Bâzı ârifler de: “Dünyâyı üç talakla boşa! Kendine ondan başka birini ara! Çünkü dünyâ kötü bir zevcedir. O kendine gelene kıymet vermez. Ondan Rabbine dön! O sana ezâ etmeden önce ondan korun ve onun hevâsından uzaklaş. İşte bu sûrette Cennet’e girersin.” buyurmaktadır. Hepimiz dünyânın birgün yok olacağını, kendine sarılanları yalnız bırakacağını biliyoruz. Böyle olduğu o kadar ...
  • SİZ ÖYLE OLUN YETER

    14 Ocak 2017 KÖŞE YAZARLARI

    Her şeyin kuralı olduğu gibi, birlikte yaşamanın da vardır. Bunlardan en önemlisi karşılıklı saygıdır. Toplum dün bu saygının yaşaması için yasalarda suç sayılmayan ayıplar belirlemişti. Bunlardan bazıları: “ Büyüklerin karşısında derli toplu otur, ayıp! “ “ Yerli yersiz her şeye gülme, ayıp! ” “ Erkekler sakız çiğnemez, ayıp! ” “ Öksürürken elini ağzına kapa, ayıp! ” “ Büyükler, ayakta dururken oturulmaz, ayıp! “ “ Büyükler konuşurken lafa karışılmaz, ayıp! “ “ Çayı, kahveyi höpürdeterek içilme, ayıp! “ “ Yemek yerken a...
  • ABD’NİN BÜYÜSÜNÜ İSLAM’LA SAVAŞ BOZDU

    14 Ocak 2017 KÖŞE YAZARLARI, MANŞET

    DÜNYAYI YÖNETEMEDİ ŞİMDİ DÜNYADAN İNTİKAM ALIYOR. ABD'NİN BÜYÜSÜNÜ İSLAM’LA SAVAŞ BOZDU.. ABD’nin, uzun yıllar süren, kan ve gözyaşı üzerine devam eden sömürü düzeninin saldırgan hareketleri, ölüm öncesi son çırpınışlara benzemektedir. Çünkü tarihte bir vakadır ki; yıkılmaya yüz tutmuş devletler ve uygulaya geldikleri şiddet ve baskıyı son zamanlarda daha da artırmışlardır. ABD yönetiminin terör örgütlerine destek vermesi hatta onları yönetmesi artık tartışma olmaktan bile çıkmış bir gerçektir. Sovyetler'in çöküşünden hemen sonra küresel...
UA-36507442-2