logo

reklam

“ƏBƏDİ NURA DÖNƏN OBRAZ”


facebook
Yaqut HÜSEYNOVA
afradita@box.a

( “SƏMAYA QAYIDAN YAZI” romanı haqqında ikinci yazım )
Kitablar da insanlar kimi xoşbəxt və bədbəxt olur. Bəli, bu taleyi onlar da yaşayır. Məhz, oxucu sevgisi ilə yazılır, kitabların adına bu iki yazıdan biri. Orxan Paşanın sözlərini xatırlamaq istəyirəm. O deyirdi:-“Bədbəxt o kitabdır ki, tozu silinəndən-silinənə rəfdən götürülüb, ələ alınır.”14522848_1200256023366506_4475206763399937114_n
Gözəl əsər yazmaq, qəlbləri fəth edəcək, beynlərdəki sual işarələrinə birər-birər cavab olacaq mükəmməl bir kitab ərsəyə gətirmək olduqca məsuliyyətli və şərəflidir. Bunu bacarmaq, yazıçının ən böyük uğuru və səadətidir. Bir əsərin daha da oxunaqlı olması üçün bəzi vacib məqam və amillər var. Ən əsası odur ki, hansı mövzu olursa-olsun, qələmə alındığı zaman onun cəmiyyətimizdəki real görüntüsü, problemin bütün dərinliklərini çılpaqlığı ilə daha təsirli əks etdirmək üçün tarixi gerçəklikləri, səbəb olduğu mənfi durumlar və xilas yolları dəqiqliklə araşdırılaraq, oxucuya çatdırılmalıdır. Tarixi, elmi və psixoloji yanaşma bədii çalarlarla yazıçı qələmindən süzülərək, bir mirvari kimi düzülməlidir, vərəqlərin köksünə.

Məhz oxuduğum bu kitab kimi…

 

Əsər yaddaşıma “Allahın hakim kəsildiyi ölkə” də müqəddəs kitabımız “Qurani Kərim” in səhifələri arasına bir həkimin qoyduğu dörd ağ vərəqdə digər bir həkimin, AZƏRBAYCANLININ ailəsinə yazdığı məktubda söylədiyi həqiqətlərin, etirafların, ümid və arzuların qumlu səhralarda saldığı, rüzgarların belə sovurub yox edə bilmədiyi izləri kimi həkk oldu.
Yazıçının dördüncü kitabı olan bu əsəri də mövzu aktuallığı ilə diqqəti çəkir. Onu oxuyarkən, nə zaman bitirdiyinin belə fərqinə varmırsan. Məktubunda doğmalarından ümidlə ayrılan Qədirin, əsərin sonunda çarmıxa çəkilən cismindəki qardaş nankorluğunun, erməni vəhşiliyinin izləri ilə tamamlanan alın yazısını bir daha vərəqləmək üçün qayıtmaq istəyirsən, romanın ilk səhifəsinə. Qayıtmaq istəyirsən, yollara sirdaş olan Güşvər ananın əlindəki məktuba göylərin yansıtdığı rəngin ağrısını gözlərindən oxumaq üçün…
Səmanın, masmavi asimanın, gecə və gündüzü ilə Yer kürəsinə tarazlığı bəxş edən göylərin təsviri ilə başlayır, yazıçı, şərqşünas Əli Rzazadənin “SƏMAYA QAYIDAN YAZI” romanı. Yazıçının bu təsviri, yadıma onun “YAĞIŞ” əsərindəki Kənan obrazının göylərə baxaraq, söylədiyi bu düşüncələri saldı:-“Göylərə baxdıqca düşünürəm, bu şəffaflıq içərisində səmanın lap kiçik zərrəsinə qədər görmək olar. Saf, hər bir çirkinliklərdən təmiz, insan ayağı dəyməmiş okean sahilinə çırpılan ləpələr kimi tərtəmiz səma. Bəlkə də səmanın təmizliyinin, paklığının səbəbi, ORADA İNSANIN YAŞAMAMASINDADIR. Göylər, insanın yaşadığı Yer üzündən həm də saflığı ilə fərqlənir…”
Dini radikalizm və İŞİD-dən bəhs edən “SƏMAYA QAYIDAN YAZI” nın sətirlərində yazıçı sevginin ülviliyindən, mütaliənin önəmindən, dini maarifləndirmədən, Tanrı və vətən məhəbbətindən müxtəlif obrazların dili ilə söhbət açır. Əsərin əvvəlində Orxan surətinin oxucuya təqdimatı çox maraqlıdır. Romanın ilk səhifələrində o sevgisinə sadiq, ailəsini sevən, qəlbində Allah eşqi olan bir gənc kimi təqdim edilsə də, əsərin sonunda qardaşı QƏDİRİN erməni çaqqalının əli ilə öldürülməsini soyuqqanlılıqla izləyən, İŞİD-in sıralarında iblisə xidmət edən bir caniyə, bir vəhşiyə çevrilir. Gözlərini əbədiyyətə yummadan öncə, Qədirin Orxana zillənən baxışlarında, sanki bu sözlər bir daha təkrarlandı:-“… Bəzən bir insanla bağlı xatirələr üçün darıxırsan, o insan üçün yox. Çünki xatirələr dəyişmir, insan isə dəyişə bilir…”
Orxan dini radikalizmin “beyn yuma” siyasətinin günahsızlara tuşlanan ən qorxunc, ölümsaçan silahına dönmüşdü. O silah ki, Qədirin gözlərindən əksi heç bir zaman getməyən qan içində çırpınan balaca qızcığazın vəhşicəsinə qətlində onun da amansız izləri vardı. Qolları üstündə canını tapşıran həmin balaca qızcığaz Qədirə ŞƏHİDLƏR XİYABANINDA uyuyan neçə-neçə günahsız körpələri, ələlxüsus, həmişə ziyarət zamanı məzarı qarşısında susaraq dayandığı beş yaşlı XOCALINI xatırladırdı. Bu məqamda yazıçının “YAĞIŞ” romanından kiçik bir hissəni vurğulamaq istəyirəm. Həmin sətirlərdə söylənilir:-“Bunu da unutma ki, həqiqət bəzən ölümə məhkum olur, amma O ÖLMÜR. Zira, əbədi nur ölməzdir və başqa CİSMLƏRDƏ TƏCƏLLA edir.” Qədir də ölümü ilə oxucu ürəyində ƏBƏDİ NURA çevrildi. Sonda Qədirin qətlə yetirilməsini qəbul etmək çox çətindir. Düşünürsən… Qədir ölməməliydi. Əslində, o zəfər qazanmış bir TÜRK kimi əbədiyyətə ucaldı. Çarmıxa çəkilsə belə, İŞİD terrorçusu olan erməni dığası Əbu Həmzə ilə apardığı mübarizə haqqın nahaq üzərində qələbəsi, şəhidlərimizin mənfurlardan alınan qısası idi.
Qədir, cismi terrorçuların güllələri ilə parçalanmadan öncə, mənən, ruhən qətlə yerilmişdi. Özü də doğma qardaşının və tibbi düşərgədə cərrah işlədiyi zaman yaxını sandığı xidmətçi Əkbərin ona arxadan sapladığı saysız-hesabsız xəncərlərin ağrısından…
Bəlkə də hər qarışında XƏYANƏT və ARXADAN VURULAN BALTALARIN LƏPİRLƏRİ olan Yer kürəsində BİR OVUC SAF TORPAQ qalmadığından, Tanrının bəşəriyyətə bəxş etdiyi bərəkət, mərhəmət, sevgi, həya, ədalət, səbr, səxavət, gözəl əməl, inanc və sonda müqəddəs kitabımız “QURANİ KƏRİM” yenidən göylərə, İNSAN AYAĞI dəymədiyi üçün TƏRTƏMİZ OLAN MASMAVİ SƏMAYA QAYTARILACAQ!

 

Yaqut Hüseynova

Share
1004 Kez Görüntülendi.
#

SENDE YORUM YAZ

2+10 = ?

Güvenlik Kodu * Time limit is exhausted. Please reload CAPTCHA.

İLGİNİZİ ÇEKEBİLECEK DİĞER KÖŞE YAZILARI

  • Muhtar Anastasiadis

    23 Ocak 2017 KÖŞE YAZARLARI, MANŞET, SİYASET

    Kıbrıs Rum Yönetimi Başkanlık seçimleri gelecek yıl içinde, büyük bir olasılıkla da 18 Şubat Pazar günü yapılacak. Rum lider Anatasiadis’in önünde kala kala sadece 13 ay kaldı. Politik düşünceye, uygulamaya ve takvime göre seçimlerin eli kulağında artık. Ocak ayı başında Cenevre’de yapılan Kıbrıs müzakerelerinde Anastasiadis’in karizması fena halde çizildi. Bu çizikten KKTC Cumhurbaşkanı Mustafa Akıncı da nasibini aldı. Cenevre’de Türk tarafı adına sunduğu ve büyüklüğü yüzde 29.2 olan harita ile ilgili olarak danışmanları tarafından yanlış b...
  • Peygamberimiz Hz.Muhammed(sav)

    22 Ocak 2017 KÖŞE YAZARLARI

    ► Hazreti Peygamber (s.a.v.) Fitneyi Haber Verirken, Bunun Fâsılalarla Kıyamete Kadar Devam Edeceği Hususunu Bilhassa Tebârüz Ettirir, Vurgular. Bu Noktanın Anlaşılmasında En Güzel Örnek, Huzetfe Tu’bnu’l-Yeman’dan Gelen Bir Rivâyettir; Aynen Aktarıyoruz: İnsanlar, Hazreti Peygambere (s.a.v.) Hep Hayırdan Sorarlardı. Ben ise, Bana da Ulaşır Korkusuyla Hep Şerden Sorardım. Bir Defasında: ▬ “Ey Allah’ın Rasülu; Biz Bir Câhiliyet ve Kötülük Devrinde Yaşadık. Allah Bizi Bu Hayırla, İslâm’la Müşerref Kıldı. Bu Hayırdan Sonra, Tekrar Herhângi B...
  • EN BÜYÜK DOKUNULMAZLIK HAKEMLERİN

    22 Ocak 2017 KÖŞE YAZARLARI

    EN    BÜYÜK     DOKUNULMAZLIK    HAKEMLERİN Mevcut  Anayasa  değişiklikleri gündemde iken; bir madde  de, futbol hakemlerine dokunulmasına yönelik, konsa da; biz de şu işten bir kurtulsak... Beklentimiz bu yönde idi. Amma olmadı… Hafta sonları Ülke gündemini en çok meşgul eden konu; futbol  maçları ve  hakemleridir. Verdikleri, vermedikleri kararlar ile; günlerce konuşulurlar... Ülkede bir çok konu olmasına rağmen; onlar hep bir numaradır. Kimse hesap soramaz... Koca, koca başkanlara ceza verilir, onlar kenarda; kıs, kıs gülerler...
  • Allah İçin..

    21 Ocak 2017 KÖŞE YAZARLARI

    Aşağıdaki iki hadise dikkat edelim. Çok mühim! (İyi işe vesile olan, hayatında ve öldükten sonra da o işi yapanlar kadar sevap kazanır. Kötü işe ön ayak olana da, bu iş terk edilinceye kadar, bunun günahı yazılır.) (Bütün ibadetlere verilen sevab, Allah yolunda gazaya verilen sevaba göre, deniz yanında bir damla su gibidir. Gazanın sevabı da, Emr-i maruf ve nehy-i anilmünker sevabı yanında, denize göre bir damla su gibidir.) Şu halde, günah olan işlere yardımcı olmak, o günaha ortak olmak demektir. İnsanlığın dünya ve ahiret saadeti ...
UA-36507442-2